Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

28 yaşlı VHP üzvü iş yerində faciəvi şəkildə öldü

28 yaşlı VHP üzvü iş yerində faciəvi şəkildə öldü
17-12-2021, 12:53 208 dəfə baxılıb

Dekabrın 16-sı saat 11 radələrində paytaxtın “İndigo” MMC-yə məxsus mətbəənin operatoru 1993-cü il təvəllüdlü Xəyyam Təhməzov iş yerində ölüb. 

Prokurorluqdan "Vətənim-Azərbaycandır.az” a verilən məlumata görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə baş verib.
X.Təhməzov kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyirmiş. Bu zaman qurğunun içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini avadanlığın içinə salıb. Hidravlik pressin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, Xəyyam Təhməzov Vətəndaş Həmrəliyi Partiyasının (VHP) Cəbrayıl rayon təşkilatının üzvü olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI