17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Lalə Şövkətin yaxın silahdaşı qəflətən VƏFAT ETDİ
Lalə Şövkətin lideri olduğu Azərbaycan Liberal Partiyasına ağır itki üz verib. Partiya İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə bu gün qəflətən vəfat edib.
Vetenim-Azerbaycandir.azz Modern.az a istinadən xəbər verir ki, bu barədə məlumatı Liberal Partiyasının sədri Əvəz Temirxan bildirib.
Elman Məmmədzadə Azərbaycan Liberal Partiyası yaranandfan onun sıralarına qatılıb, 1996-98-ci illərdə Sumqayıt şəhər şöbəsinin sədri, 1998-99-cu illərdə ALP İcraiyyə Komitəsinin sədr müavini, 1999-2007-ci illərdə partiyanın sədr müavini vəzifəsində çalışıb, 2007-ci ildən partiyanın İcraiyyə Komitəsinin sədridir.
“ALP-nin mərkəzi seçki qərargahının rəhbəri kimi parlament və prezident seçkilərində partiyanın nailiyyətlərində və özünü təsdiq etməsində misilsiz rol oynamışdır.
Bu müddət ərzində Elman Məmmədzadə partiya quruculuğuna və təşkilatlanmasına böyük məsuliyyətlə yanaşmış, yüksək təşkilatçılıq qabiliyyətini və geniş siyasi dünyagörüşünü nümayiş etdirmişdir.
Elman bəy onu tanıyan minlərlə insanın yaddaşında etibarlı, xoşqəlbli, səmimi, sadə, mübariz, dostluğa sadiq insan və güvənli silahdaş kimi qalacaq və heç zaman unudulmayacaq”,- Ə.Temirxan bildirib.
Vetenim-Azerbaycandır.az Xəbərlər informasiya portalı dərin hüzünlə baş sağlığı veririk Yaxınlarına əzizlərinə səbr diləyirik