08:41 - Azərbaycan Polisi 107 yaşında
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
Laçın postunda müsadirə olunmuş nərd bu əlamətinə görə separatizmi təbliğ edir...
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Bakı-Xəbər”ə şərhində “İlk öncə qeyd edim ki, bu abidə barədə ermənilərin saxta məlumatları rus mediasında çox yayılır. Realıq budur ki, bu abidə hazırlananda ermənilər ona başqa ad veriblər: “Nənə və baba”. Abidə özündə erməni milli geyimində olan yaşlı kişi və qadını əks etdirib. Hər ikisinin bədəninin yarı hissəsinin torpağın altında olması kimi təqdim olunan abidə ilə sübuta yetirilmək istənilib ki, bu yaşlı ermənilər məhz bu torpaqdan yaranıblar. Yəni abidənin siyasi mənası Qarabağ torpaqlarının guya əzəldən ermənilərə məxsus olmasını, qədim vaxtlarda Qarabağda məhz ermənilərin yaşadığını çatdırmaq məqsədi güdüb. Bu ada ilk olaraq Azərbaycan hökuməti etirazını bildirib. Həmçinin Bakıda bu abidənin Xankəndi şəhərinin girişinə qoyulmasına da etiraz olunub. Bu dəfə də ermənilərin istəyinin gerçəkləşməsinə Moskva imkan yaradıb. “Moskvalı ermənilər” abidənin Xankəndinin girişində qoyulmasına Mərkəzi Komitədən razılıq ala biliblər. Amma ad məsələsini saxlamaq mümkün olmayıb. Bu mümkünsüzlüyün qarşısında ermənilər “Biz və bizim dağlar” adı ilə abidənin adını rəsmiləşdiriblər. Lakin burda bir gizlədilən məqam var. 1965-ci ildə ermənilər İrəvanda uydurma soyqrımın ildönümü ilə bağlı aksiya keçirir. Həmin aksiya zamanı iki azərbaycanlının başı kəsilir. O hadisədən sonra iki xalq arasında müharibə qığılcımları yaranmışdı. Amma sovet hakimiyyəti bunun qarşısını aldı. Həmin hadisədən sonra Xankəndidə yaşayan bir çox azərbaycanlı Şuşa və Bakıya köçdü. O zaman ermənilərə ciddi təzyiqlər oldu və guya bu abidə azərbaycanlı-erməni dostluğuna, İkinci Dünya müharibəsində birlikdə iştiraka həsr edildi. Amma pulunu bizim dövlət ödədi. Ermənilər 1965-ci ildən bəri abidənin tam olaraq nəyi simvolizə etdiyini aydınlaşdıra bilmirlər. Mən bir mənbədən oxumuşdum ki, onlar bu abidəni Stepan Şaumyanın simvolu, bəzi mənbələrdə isə Tiqranın simvolu kimi təqdim edirlər. Onlar abidəyə erməni qadın və kişi simvolunu da verməyə çalışıblar. Sətiraltı mənası guya Tiqran və onun həyat yoldaşıdır.Abidə qırmızı tuğdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tuğlardan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab edirlər ki, bu xaç daşlar ancaq etmənilərə məxsusdur. Tamamilə yanlışdır. Çünki erməni memarlığında qırmızı tuğdan istifadə edilməyib.