09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Müharibə vaxtı İsrail xalqı bizə dəstəyini əsirgəmədi - Xalq artisti
Xalq artisti Gülyanaq Məmmədova İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.
Gülyanaq Məmmədova Vetenim-azerbaycandır.az-a açıqlamasında bu haqda məlumat verib:
"Mən İsrail və Azərbaycan dostluğuna həsr olunmuş "Dostluq" mahnısını ifa etmişəm. Mahnının sözləri Nəsibə İsrafilqızına, musiqisi Esmira Əliyevaya aiddir. Mahnını Albert Aqarunovun doğum günündə ərsəyə gətirdik və təqdim etdik. Həm də gözəl şairəmiz Nəsibə İsrafilqızı ilə nəzərə aldıq ki, müharibə dönəmində İsrail xalqı bizə dəstəyini əsirgəmədi, yanımızda oldular. Eləcə də əsgərlərimizin gözlərinə nur verən İsrail həkimlərinə təşəkkür olaraq bu dostluq mahnısını ərsəyə gətirdik. Yəhudi xalqının igid oğlu Albert Aqarunov Azərbaycan torpaqlarında öz canını fəda edib. İsrail ilə Azərbaycan dostluğuna mahnı yazılmamışdı. Gözəl şairəmiz Nəsibə İsrafilqızı sağ olsun, mahnıya möhtəşəm sözlər yazdı. Biz bu mahnını məsləhətləşdikdən sonra oxuduq və çox da gözəl qəbul edildi. Bizi İsrail səfiri görüşə dəvət etdi. Çox şadıq ki, səfir istəyini təşəkkürnamə ilə bildirdi. O qeyd etdi ki, dostluq münasibətimiz, tədbirlər, görüşmələrimiz davamlı olacaq. Düşünürəm ki, bu görüş çox uğurlu oldu. Biz də öz sahəmizdə Azərbaycanımız, dövlətimiz üçün dostluqları nəğməmizdə tərənnüm edirik. Hərə öz sahəsində Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməmilidir".