21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
İşgüzar görüş
Vetenim-Azerbaycandir.az
İsraeldə fəaliyyət göstərən “Şah Dağ”Azərbaycan Cəmiyyətinin sədri Elxanan Razielin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan şöbəsinin əməkdaşları İsrael dövlətinin Azərbaycan respublikasındakı səfiri ilə görüşüb.
Bu gün mart ayının 11-də Bakıda İsraelin Azərbaycandakı səfiri cənab Corc Dik Azərbaycanın İsraeldəki diaspor təşkilatı olan “Şah dağ” cəmiyyətininin Azərbaycan şöbəsinin üzvləri ilə görüş keçirmişdir. İsrael səfirliyində baş tutan işgüzar görüşdə səfir Corc Dik son zamanlar İsrael-Azərbaycan münasibətlərinin tarixi köklərimizə dayanan xalqlarımızın birgə yaşar və mehriban əlaqəlrinin müasir dövrdə yüksək səviyyədə olmasını xüsusilə qeyd etmişdir. Cəmiyyətin Azərbaycandakı nümayəndəliyinin sədri cənab Sayman Aruz da vurğulamışdır ki, “Azərbaycanın 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında olan torpaqlarının azad olunması uğrunda apardığı 44 günlük haqq müharibəsində İsrael dövlətinin yaxın dost -qardaşlıq münasibəti və dövlətimizə mənəvi dəstək olması bizi qürurlandırmışdır. Azərbaycanın zəfər qələbəsinə sevinən, bu qələbənin qəhramanları olan yaralı qazılərimizin müalicəsində yaxından iştirak etmək üçün təmənnasız tibbi əməliyyatların aparılmasının təşkili işində yaxından iştirak etmək iki xalq arasında səmimi-dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın çətin günlərində, istər I Qarabağ müharibəsində, istərsə də torpaqlarımızın azad olunmasında azərbaycanlı yəhudilər bizimlə birgə qəhramanlıq göstərmişlər. Bu qəhramanlığın nümunəsi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Bakının mərkəzində ucalan heykəli gələcək nəsillər üçün ən gözəl örnəkdir." Sayman Aruz əlavə etmişdir ki, "Holokost və Xocalı soyqırımını törədənlər iki dövlət və iki xalq tərəfindən hər zaman qınanmışdır. Ötən əsrın əvvələrındə mənfur erməni daşnakları təfindən Qubada qətlə yetrilən azərbaycanlılarla birlikdə yəhudi xalqının nümayəndərənin olduğu da hər kəsə məlumdur."
Görüşdə xalqlarımızın oxşar dərdlərinə toxunan “Şah Dağ” Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Nəsibə İsrafilqızı da bəyan etmişdir ki, "uzun illər öz adət-ənənəsi ilə xaqlarımızın mehriban şəraitdə birgə yaşaması, bizim gələcək münasibətlərimizin tarixi köklərimizə möhkəm bağlılığını ifadə edərək, gələcəyə ümidləri artırır." Nəsibə İsrafilqızı “Şah dağ” Azərbaycan cəmiyyəti adından Azərbaycan-İsrael dostluğuna həsr edilmiş “Dostluğumuz əbədididr” mahnısını da Cənab səfirə təqdim etmişdir.
Sonda İsrael və Azərbaycan xalqlarının ictimai, mədəni və sosial əlaqələrinin daha da six şəkildə davamlı olaraq inkişaf etdirilməsi üçün gələcək görüşlərin faydalı olacağının əhəmiyyəti barədə danişıqlar aparılmışdır.
Shah-Dağ mətbuat xidməti.