Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gəncədə uşaq meydançasının sökülməsi olayına Dövlət Xidmətindən – Rəsmi açıqlama

Gəncədə uşaq meydançasının sökülməsi olayına Dövlət Xidmətindən – Rəsmi açıqlama
3-08-2023, 17:18 196 dəfə baxılıb

VETENIM-AZERBAYCANDIR.AZ

Bir neçə gün öncə VETENIM-AZERBAYCANDIR.AZ saytında Gəncə şəhərinin Məhrasa bağı yaşayış kompleksində 5 binanın həyətyanı sahəsinin çəpərlənməsi,  uşaq meydançasının sökülməsi ilə bağlı şikayət yazısı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, qeyd olunan ərazini Güllübəyim Səfərova adlı şəxs icarəyə götürüb və ərazidə tikinti aparılacağını deyir.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış əsasında “Səma - 4” MTK-ya 5 il müddətinə icarəyə verilib: “Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə hər hansı bir tikintinin aparılmasına icazə verilməyib. Belə bir cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq”.
Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elmar Yaqubov VETENIM-AZERBAYCANDIR.AZ-a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin bəyanatını təkzib edib.
5688.JPG (37 KB)
“Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 14.02.2023-cü il tarixli 55 saylı Sərəncamı ilə Gəncə şəhəri, Məhrasa bağı ərazisində 0.25 hektar torpaq sahəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün  “Səma-4”MTK-ya ayrılıb. “Səma-4” MTK-nın müraciəti əsasında 29.03.2023-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlanmışdı.
Sonradan məlum olub ki,  Gəncə Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd edilən Sərəncamı Əmlak Məsələləri Dövlət Xidmətinin 29.12.2022-ci il tarixli məktubunda qoyulan şərtlərə əməl edilmədən verilib. Belə ki, Gəncə  Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə 12.09.2022-ci il tarixli 03/903-1 saylı məktubuna əsasən 28.10.2022-ci il tarixində yerquruluşu planı hazırlanmış və Əmlak Məsələləri Dövlət Xidmətinin 29.12.2022-ci il tarixli məktubu ilə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alındıqdan sonra və digər məsələlərin mülki qaydada tənzimlənməsi şərti ilə torpaq sahəsinin ayrılmasına etiraz edilməyib.
hyhyh.JPG (25 KB)
Araşdırma zamanı qeyd edilən torpaq sahəsinin ayrılmasına Dövlət Şəhərsalma Arxiktektura Komitəsinin müsbət rəyi olmadığı məlum olub. 
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunanlar nəzərə alınaraq 29.03.2023-cü il tarixli icarə müqaviləsi 21 iyul 2023-cü il tarixindən ləğv olunub”, deyə açıqlamada bildirilib.

VETENIM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI