Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İcra Hakimiyyətindən şəhid atasıyla bağlı yayılan məlumata münasibət

İcra Hakimiyyətindən şəhid atasıyla bağlı yayılan məlumata münasibət
17-02-2021, 15:30 892 dəfə baxılıb

Binəqədi rayon İcra Hakimiyyəti Birinci Qarabağ müharibəsində şəhid olmuş Elman Zaqarovun atası Qəhrəman Zaqorova İcra Hakimiyyətinin göstərişiylə kobud münasibət göstərilməsi iddialarına münasibət bildirib. 
“Vetenim-Azerbaycandir.az Qafqazinfo ya istinadən” daxil olan məlumata görə, İcra Hakimiyyəti tərəfindən Vüqar Süleymanov adlı şəxs tərəfindən fevral ayının 5-6 tarixlərində Binəqədi rayonu Xocəsən qəsəbəsinin ərazisində qanunsuz tikinti işlərinin aparılması halı müəyyən edilib və qanunsuz tikintinin qarşısı alınıb:
“Vüqar Süleymanov qanunsuz tikinti işlərinin aparılmasının baş tutmayacağını anladıqda, Qəhrəman Zaqarov adlı şəxsdən istifadə edərək onun tikintisi kimi qələmə verməyə cəhd göstərib. Tikinti materialları ərazidən aparılan zaman Qəhrəman Zaqarov adlı şəxs özünün şəhid ailəsi olmasını, həmin ərazinin ona ayrıldığını və tikintini nəvəsi üçün apardığını, Vüqar Süleymanov isə oğlu üçün apardığını və Q.Zaqarovun onun qayınatası olmasını bildirib. Q.Zaqarov və V.Süleymanovla aparılan söhbət zamanı qanunsuz tikinti aparılmasına cəhd edilən ərazidən bir tikilinin iki ayrı-ayrı şəxs üçün inşa ediləcəyi bildirilib. 
10.02.2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Qəhrəman Zaqarov və Vüqar Süleymanov adlı şəxslər qəbul edildiyi zaman Bakı Şəhəri İcra Hakimiyyətinin 678 saylı 08.06.1992-ci il tarixli Xocəsən qəsəbəsi ərazisində 2.0 ha torpaq sahəsinin ona ayrılması barədə sərəncamını təqdim ediblər. Sərəncama əsasən Dövlət Neft Şirkətinin balansında olan Xocəsən qəsəbəsi ərazisində 2.0 ha torpaq sahəsində Q.Zaqarova zeytun ağaclarının əkintisinə icazə verilməsinə baxmayaraq, ümumiyyətlə zeytun ağaclarının əkilmədiyi müəyyən edilib.
Aparılmış araşdırma zamanı vətəndaşın iddia edərək qanunsuz tikinti aparmaq istədiyi torpaq sahəsi ümumiyyətlə Q.Zaqarova zeytun ağaclarının əkintisi məqsədilə ayrılmış torpaq sahəsinə aid olmadığı müəyyən olunub. Q. Zaqarov qəbul zamanı 2.0 ha torpaq sahəsini 1992-ci ildən etibarən hissə-hissə 1 (bir) sotu 400,0 manata kənar şəxslərə fərdi yaşayış evlərinin tikintisinin aparılması üçün satdığını bildirib.
Həmin ərazidə bundan əvvəl 7 dəfə fərqli şəxslər tərəfindən özbaşına fərdi yaşayış evinin tikintisinin aparılmasının qarşısı alınıb və vətəndaşlara yerində hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi izah edilib.
Qeyd olunanlardan əlavə, vətəndaşlar Q.Zaqarov və V. Süleymanov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilərək, torpaq sahəsinin sənədsiz olması, tikintinin qanunsuz aparması və ümumiyyətlə tikintinin şəhid ailəsinə aidiyyatı olmadığı izah edilib”.
Qeyd eədk ki, sözügedən videoda 80 yaşı olduğu deyilən şəhid atasının söküntü ilə bağlı şikayəti əksini tapıb. Həmin şəxs şikayət müraciətində eyni ərazidə digər yaşayış evlərinin olduğunu bildirərək onun evinin söküldüyünü qeyd edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI