20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Blinkenin zəngi - Prezident İlham Əliyev reallıqları bir daha anlatdı və...
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan-Ermənistan danışıqlarının həm intensiv, həm də həssas olduğu, o cümlədən Qarabağda reinteqrasiya ilə bağlı rəsmi Bakının bütün mümkün addımları atdığı, separatçı rejimin zərərsizləşdirilməsi, canilərə, terrorçulara qarşı adekvat addımlar atıldığı bir vaxtda həm Qərb, həm də Rusiya prosesə öz maraqlarına uyğun şəkildə müdaxilələr etməyə çalışır. Əlbəttə, proseslərin müsbət dinamikasına xidmət edən bütün səyləri Azərbaycan alqışlayır. Ancaq, təəssüf ki, biz həm də tərəflərin ermənipərəst mövqeyinin, onlara canıyananlıq etməsinin şahidi oluruq.
Azərbaycan son dönəmdə kifayət qədər sağlam və sərt mövqe ortaya qoyaraq, Qarabağda nizam yaratmaqdadır. Azərbaycan ərazilərinə qanunsuz və nəzarətdənkənar yüklərin daşınmasının, terrorçuların hərəkətinin qarşısının alınması üçün zəruri tədbirləri görür.
Bəzi beynəlxalq təşkilatlar, dövlətlər bu haqq işimizə dəstək vermək əvəzinə, qərəzli və ədalətsiz şəkildə Azərbaycana sanki təzyiq göstərmək yolunu tutmaqda davam edirlər.
İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub.
Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.
Dövlətimizin başçısı Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır.
Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışması qəbuledilməzdir. Dövlətimizin başçısı Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, ikinci görüş üçün isə Azərbaycanın təklifinin təqdim edildiyini xatırladıb.
Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, Prezident İlham Əliyev bir daha reallıqları anladıb və konkret mövqeyini ABŞ rəsmisinə söyləyib.
Danışıq zamanı Blinkenin Laçın buraxılış məntəqəsindən keçidlə bağlı dedikləri isə qəribədir. Blinkenin timsalında ABŞ niyə bundan israr edir? Axı Laçın yolundan mülki və dinc sakinlərin keçidində problem yoxdur, Qarabağ əhalisinə humanitar yük isə Ağdam-Əsgəran yolu ilə çox rahatlıqla daşına bilər.
Əgər Qərb, ABŞ münasibətlərin normallaşmasında, Qarabağda sabitliyin təmin olunmasında maraqlıdırsa, nədən qanuni keçidlərə əməl etmək əvəzinə, qanunsuz daşımalar üçün güzəştlər tələb edirlər?! Azərbaycan niyə güzəşt etməlidir? Haqlı və hüquqlu olduğu halda, onun təklif və tələblərinin nəzərə alınması daha məntiqlidir.
Blinkenin zənginin mənası nədir?
Bəhruz Məhərrəmov: “Ağdam-Xankəndi yolundan istifadə təklifinə Ermənistanın niyə qarşı çıxması sorğulanmalıdır, əks halda nə Vaşinqton, nə də Blinken sülh niyyətində səmimi görünə bilməz”
Deputat Bəhruz Məhərrəmovun bu istiqamətdəki fikirləri xüsusi diqqət çəkir. Onun sözlərinə görə, Antoni Blinkenin Azərbaycan Prezidentinə zəngi təsadüfi hesab edilə bilməz: “Aydındır ki, əsas mövzu Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında başlanan siyasi şou olub. Əlbəttə, biz dövlətlərin suverenliyi üçün mənfi presedentə yol açan bu saxta prosesin siyasi gündəmdə qalmasını arzu etmirik, lakin Blinkenlə telefon danışıqlarında cənab İlham Əliyev göstərdi ki, süni surətdə gündəmdə saxlanmağa çalışılan ”böhran şousu" ilə nə Ermənistan, nə də havadarları heç nəyə nail olmayacaq. Azərbaycanın güc və imkanları, müstəqil siyasi iradə və iqtisadi suverenliyi istənilən təhdidi nəinki zərərsizləşdirməyə, üstəlik, prosesləri Azərbaycanın lehinə dəyişməyə şərait yaradır. Elə Blinkenlə söhbət də bu mənada eyni məzmunda Azərbaycan Prezidenti tərəfindən “ustad dərsi” nümayişi oldu. Cənab İlham Əliyev saxtakar şounun gündəmdən çıxması üçün xüsusi enerji sərf etməkdənsə, diqqəti daha çox köklü problemlərə yönəldərək Vaşinqtonu fakt qarşısında qoydu. Əgər ABŞ bölgədə sülh və sabitlik arzu edirsə, Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Vaşinqton platforması yaradıbsa, o zaman hansısa siyasi şou yox, konseptual problemlərə köklənməlidir. Məsələn, bu suala cavab tapılmalıdır ki, bölgədə gərginliyin kökündə nə dayanır. Möhtərəm Prezidentin cavabı aydın oldu, “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir”. Əgər Vaşinqton sülh istəyində səmimidirsə, Blinkenin mövzusu hansısa təxribatçı səhnələşdirmə yox, məhz gərginliyin əsas səbəblərinin aradan qaldırılması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz mövcudiyyətinə son qoyulması olmalıdır.
İkincisi, həssas bir dönəmdə hətta ritorikanın belə ehtiyatla seçilməli olduğu bir vaxtda, Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyi açıq formada ifadə edilməlidir. Vasitəçilik arzusunda olan, sülh prosesində rol almaq istəyən bütün tərəflər proseslərə öz adı ilə müraciət etməli, Ermənistanın Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsinə, sərhədçilərimizi atəşə tutmasına, qaçaqmalçılığa cəhd edilməsinə, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərilməsinə aydın formada münasibət bildirilməli, pislənməli, “Humanitar vəziyyət” və “blokada” ilə bağlı siyasi manipulyasiyaya baxmayaraq erməni sakinlərin reinteqrasiyası istiqamətində Azərbaycanın qərarlı olması alqışlanmalıdır.
Eyni zamanda Vaşinqton sülh müqaviləsi üzrə danışıqların təşkili ilə əlaqədar vasitəçi kimi Ermənistan qarşısında sual qoymalı, Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklifinə Ermənistanın niyə qarşı çıxması sorğulanmalıdır. Əks halda nə Vaşinqton, nə də Blinken sülh niyyətində səmimi görünə bilməz".
Elçin Mirzəbəyli: “Qərb Azərbaycanın ərazi bütövlüyünü birbaşa şübhə altına alan təşəbbüslərlə çıxış edə bilmir”
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli isə qeyd etdi ki, Qərbin müharibədən sonrakı mövqeyində baş verən “üslub” dəyişikliyini müəyyənləşdirmək üçün nə Blinkenin, nə də digərlərinin mülahizələrinə diqqət yetirməyə ehtiyac yoxdur: “Nikol Paşinyan artıq xeyli vaxtdır ki, bununla bağlı ona ötürülən ”tezisləri" təkrarlayır. Yəni nə Qərb, nə də Ermənistan artıq məsələyə “öz müqəddəratını təyin etmə” kimi siyasi manipulyasiya kontekstindən yanaşı, ərazi bütövlüyü faktorunu arxa plana keçirə bilmir. Çünki göz önündə Qərb düşərgəsi üçün prioritet olan mənzərə - Rusiya-Ukrayna müharibəsi və ikincinin ərazi bütövlüyünün qorunması məsələsi var. Məhz bu xüsusda Qərb Azərbaycanın ərazi bütövlüyünü birbaşa şübhə altına alan təşəbbüslərlə çıxış edə bilmir. Bu səbəbdən də məsələni, daha çox Nikol Paşinyan vasitəsilə Azərbaycanda yaşayan erməni azlığının “təhlükəsizliyi və hüquqları” müstəvisindən qoymağa çalışırlar. Onlara lazımdır ki, nəyin bahasına olursa-olsun, beynəlxalq ictimai rəyə Azərbaycanda yaşayan erməni əsilli şəxslərin “hüquqları və təhlükəsizlikləri ilə bağlı problemlərin olduğunu” təlqin etsinlər və daha sonra isə “ermənilərin Azərbaycanın yurisdiksiyası altında yaşamalarının mümkünsüzlüyünü” gündəmə gətirərək, onlara ən azı hansısa imtiyazların verilməsinə çalışsınlar. Mövcud şəraitdə proseslərin Rusiya-Ukrayna müharibəsi başa çatanadək uzadılmasına cəhd göstərilir. Ukraynalı diplomatın Ermənistanın Laçın yolu istiqamətində həyata keçirdiyi “humanitar yük” təxribatında iştirakı da rəsmi Kiyevin bu oyunun tərkib hissəsi olduğunu təsdiqləyir. ABŞ və digər Qərb ölkələri öz yanaşmalarını qırılma nöqtəsinə qədər daşıya bilməyəcəklər. Eyni zamanda Ukraynada cərəyan edən proseslərin də, mövcud reallıqlar çərçivəsində nəzərdə tutulan ssenari üzrə inkişaf etməyəcəyini düşünürəm. Qərb Ukraynanın parçalanması ilə razılaşsa da, hətta bunu istəsə də, bu, baş verməyəcək və Rusiya Ukraynanın federallaşması ssenarisi üzrə hərəkət edəcək. Moskvanın digər postsovet ölkələri ilə bağlı ssenariləri də eynidir. İndiki halda həm Qərb, həm də Rusiya postsovet məkanında, o cümlədən Cənubi Qafqazda öz təsir imkanlarını qorumaq və gücləndirmək üçün mövcud problemlərə münasibətdə fərqli taktiki gedişlər etməyə çalışır. Strategiya isə eynidir. Şübhəsiz ki, Azərbaycan bu məsələdə heç bir güzəştə getməməlidir və getməyəcək də. “Humanitar yük” təxribatı Azərbaycanın Ağdam-Əsgəran yolu ilə bağlı təklifindən sonra seytnot vəziyyətinə düşən Ermənistanın və himayəçilərinin rəsmi Bakını fakt və təzyiq qarşısında qoymaq məqsədilə atdıqları addımdır. Bu məsələdə sona qədər müqavimət göstərmək, yumşaq güc amilindən davamlı üslub dəyişikliyi ilə istifadə etmək lazımdır. Məsələn, Laçın sərhəd-keçid məntəqəsinin yaxınlığında, təbii ki, Azərbaycan ərazisində modul tipli xəstəxana quraşdırmaq və bu xəstəxanada azərbaycanlılarla yanaşı, müxtəlif ölkələrdən olan həkim və tibb personalının fəaliyyət göstərməsini təmin etmək olar. Düşünürəm ki, bütün bəhanələrə qarşı alternativlər təqdim etməyə həm zəkamız, həm də potensialımız var. Məşhur ev məsəlində deyildiyi kimi, “Yalançını evinə qədər qovarlar”.
VETENİM-AZERBAYCANDIR.AZ