09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
SUMQAYIT ŞƏHƏRİNDƏ ŞOTOKAN KARATE DO.NUN ÇEMRİONATI KEÇİRİLMİŞDİR
VETENİM-AZERBAYCANDIR.AZ
Vətənimizin bir çox rayon və şəhərlərində Heydər Əliyevin xatirəsini uca tutaraq Ulu Öndərin 100illiyinə həsr olunmuş müxtəlif idman oyunları bir-birini əvəz edir. 26.07.2023cü il tarixində
Gənclər və İdman Baş İdarəsi ŞOTOKAN KARATE DO Federasiyasının birgə təşkilatçılığı ilə
Ulu Öndər Heydər Əliyevin 100illiyinə həsr olunmuş Sumqayıt şəhərində yarış təşkil olunmuşdur. Çempionatda Azerbaycan Respublikasının əməkdar məşqçisi, Beynəlxalq dərəcəli 6 dan qara kəmər ustası, Avropa cempionatının qalibi və mükafatçısı, Azərbaycan beynəlxalq Şotokan Karate Do federasiyasının idman mərkəzinin vitse prezidenti Rafayıl Məmmədovun Şotokan Karate Do idman növünün respublikamızda inkişaf etdirilməsində əvəzolunmaz xidmətləri olmuşdur. Bu idman növü Olimpiya proqramına tətbiq olunduqdan sonra Federasiyasının idman mərkəzinin əsas idman növlərindən birinə çevrilib. Federasiyanın təcrübəli məşqciləri Elnur Əliyev və Hacızadə Muradın rəhbərliyi altında
idmançılarımız tez bir zamanda uğurlar qazanmağa müvəffəq olmuşlar. Məğrur idmançımız Orucov Hacı .. kq çəki dərəcəsində mübarizə apararaq böyük uğura imza atmışdır. Öz yaşıdları arasında bütün rəqiblərinə qalib gəlib, Respublika Çempionu adına layiq görülmüşdür.
Ölkəmizin inkişafı yolunda öz bacarığı və istedadı ilə fəal iştirak edən Vətənim
Azerbaycandır.az xeber portalı Sumqayıt şəhərində Ulu Önderimizin 100illiyinə həsr olunmuş bu tədbirdə həmişə olduğu kimi öz postunda idi.. Vətənim-Azerbaycandır.az informasiya Agentliyinin baş redaktoru Kamran Orucov İlk dəfə Şotokan Karate Do idman yarışını ruh yüksəkliyi ilə canlı izləyirdi. Yarış maraqlı mübarizə şəraitində başa çatdı. Vətənim Azerbaycandır.az informasiya portalının kollektivi qalibləri və yarış iştirakçılarını ürəkdən təbrik edir və onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayır. Yarışların təşkil olunmasında əməyi olan hakim və məşqçilər heyətinə minnətdarlığımızı bildiririk. Redaktorumuzun maraqlı və çiddi döyüşlərdən əldə etdiyi video çarxları və şəkilləri məmnuniyyətlə sizə təqdim edirik.
Vətənim Azerbaycandır.az.
İcraçı direktor: Nailə Muradova.VETENİM-AZERBAYCANDIR.AZ