08:50 - Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu
21:20 - Dialoq vasitəsilə qlobal təhlükəsizliyi gücləndirmək fürsətimiz var - RƏY
21:14 - Məzahir Pənahovdan erkən parlament seçkisi anonsu - Xəbərlərin 20:00 buraxılışı
21:11 - Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
17:40 - Sahibə Qafarova: “Multikulturalizm xalqımızın həyat tərzidir”
17:36 - İlham Əliyev akademiyaya yeni rektor təyin etdi
17:30 - "Güney Azərbaycan folkloru" layihəsinin XVI cildi təqdim olundu.
16:27 - Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir.
15:41 - Prezident QƏBUL KEÇİRDİ - FOTO - YENİLƏNDİ
13:19 - Bakıda Regional Nərimanov,Nizamı Suraxanı HİKnin hesabat secki yığıncağı kecirilmişdir.
13:12 - İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib
22:11 - XOŞBƏXT OLSUN SEVƏNLƏR.
18:24 - Covid peyvəndi nadir yan təsirlərə səbəb ola bilər - Etiraf olundu
15:57 - Şirinyan: “Başa düşün, biz Azərbaycanla müharibə...”
Prezident İlham Əliyev Madər Musayevin ölümü ilə bağlı nekroloq imzalayıb
VETENİM-AZERBAYCANDIR.AZ
Prezident İlham Əliyev Madər Musayevin ölümü ilə bağlı nekroloq imzalayıb.
VETENİM-AZERBAYCANDIR.AZ AZƏRTAC-a istinadən bildirir ki, nekroloqda deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Madər Əliəsgər oğlu Musayev 2023-cü il iyulun 14-də ömrünün 76-cı ilində vəfat etmişdir.
Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. O, 1975-1982-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1964-cü ildə Bakı şəhərində ticarət sahəsində başlayan Madər Musayev 1995-ci ilədək bu sahədə müxtəlif vəzifələrdə çalışmış, iri ticarət mərkəzlərinə rəhbərlik etmiş, ticarətin təşkili və təkmilləşdirilməsi işində mühüm xidmətlər göstərmişdir. O, uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, insanlara münasibətdə həssaslığı və dərin məsuliyyət hissi sayəsində böyük hörmət və rəğbət qazanmışdır.
Madər Musayevin ictimai fəaliyyəti də zəngin olmuşdur. O, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin və I-VI çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının üzvü kimi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Madər Musayevin xidmətləri təqdirə layiqdir. O, həmçinin Türkiyə, Rusiya, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Tunis, Gürcüstan və Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmaqla parlamentlərarası qarşılıqlı əməkdaşlığın inkişafına töhfələr vermişdir.
Madər Musayev milli dövlətçiliyə sədaqəti və xalqımızın adət-ənənələrinə xüsusi ehtiramı sayəsində çoxsaylı seçiciləri arasında həqiqi nüfuz sahibi olmuşdur. Xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlərdən idi.
Madər Musayevin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim lazımınca qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə "Şərəf" və 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Madər Əliəsgər oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Ədalət Vəliyev
Əhliman Əmiraslanov
Ziyafət Əsgərov
Hicran Hüseynova
Eldar İbrahimov
Eldar Quliyev
Ağalar Vəliyev"
VETENİM-AZERBAYCANDIR.AZ