21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Xankəndidə Rusiya barmağı: Silahlı üsyan çağırışı edildi
VETENİM-AZERBAYCANDIR.AZ
Bu "aksiyada" erməni siyasi rəhbərliyinin, o cümlədən Nikol Paşinyanın da barmağının olduğunu istisna etmirəm. Bu proses düşünülmüş addımdır və ümumiyyətlə sülhyaratma prosesini əngəlləmək məqsədi güdür.
VETENİM-AZERBAYCANDIR.AZ axar.az-a istinadən bildirir ki, bu sözləri professor Qabil Hüseynli Xankəndidə baş verən aksiyaya münasibət bildirərkən deyib.
Professor qeyd edib ki, bütün diqqət hazırda Brüsseldə keçirilməsi gözlənilən Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Paşinyanla görüşünə cəmlənib:
"Burada Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində ciddi bir irəliləyiş olacağı ehtimalı var. Ona görə Qarabağın rus sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsində baş verənlərin Nikol Paşinyanın təşəbbüsü ilə həyata keçirilməsi ehtimalı yüksəkdir. Nikol Paşinyan Qarabağ ermənilərinin "haqları və təhlükəsizliyi" məsələsini yenidən Brüsseldə gündəmə gətirmək üçün bölgədə baş verən "kütləvi tədbirlərə" istinad etməyə çalışacaq".
Ekspertin fikrincə, proseslərdə Rusiyanın rolu da şübhəsizdir:
"Proseslərdə Rusiyanın rolunu da qabartmaq lazımdır. Rusiyanın emissarı olan Ruben Vardanyan hətta mitinqçiləri Azərbaycana qarşı silahlı müqavimətə çağırıb. Belə görünür ki, Rusiya yenidən ölkədə sabitliyi pozmağa və sülhyaratma ilə bağlı Avropa Birliyinin apardığı prosesləri əngəlləməyə çalışır. Amma ermənilər də, ruslar da başa düşməlidir ki, 1988-ci ildə başlatdıqları proses indi qətiyyən özünü doğrulda bilməz. Bilməlidilər ki, güclü Azərbaycan dövləti var".
Qabil Hüseynli qeyd edib ki, Azərbaycan ərazilərində qayda-qanun yaratmaq üçün antiterror əməliyyatına da başlaya bilər.
VETENİM-AZERBAYCANDIR.AZ