17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
İsrailin müdafiə nazirinin Bakı səfərinin DETALLARI - Hansı silahlar gəlir?
VETENİM-AZERBAYCANDIR.AZ
Prezident İlham Əliyev Yoav Qallantı qəbul edib; Tehrandan Bakıya müsbət mesajlar fonunda İran bu dəfə yəhudi nazirin səfərinə səbirli reaksiya göstərə bilər, lakin Təl-Əviv...
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrailin müdafiə naziri Yoav Qallant ölkəmizdə rəsmi səfərdədir. Yəhudi nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.
İyulun 13-də Prezident İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib. Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlanıb. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub.
Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
VETENİM-AZERBAYCANDIR.AZ qeyd edir ki, Prezident İlham Əliyev son müşavirədə də ölkənin hərbi qüdrətinin artırılmasının dövlətin əsas vəzifəsi olduğunu deyib. “Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir”.
Prezidentin sözlərinə görə, bu elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır: “Ona görə bundan artıq demək istəmirəm. Hər halda, Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır”. İsrail isə azsaylı ölkələrdən biridir ki, onun hərbi sənayesi ordu üçün tələb olunan bütün növ silah, hərbi texnika və sursat istehsal edə bilir. 2022-ci ildə İsrailin hərbi ixracatın (bağlanmış yeni müqavilələr baxımından) 12,546 milyard dollara çatdığı göstərilir. İsrail hərbi sənayesinin istehsalının 75-80%-i ixrac edilir. Azərbaycan illər boyu İsrail istehsalı olan silah sistemləri üçün etibarlı müştəridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmaları göstərir ki, 2011-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 27 faizi İsrailin payına düşüb. 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb ki, bu da həmin dövr üçün İsrailin silah ixracının 17 faizini təşkil edir.
Hazırda Azərbaycanın istifadə etdiyi sistemlər arasında 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş Qarabağ müharibəsi zamanı nəzərəçarpan şəkildə uğur qazanmış kamikadze tipli “Harop” PUA-ları da var. 2018-ci ildə “Elbit” istehsalı, kamikadze tipli “SkyStriker” PUA-ları da əldə olundu. İsrail şirkəti həmin vaxt müqavilə ilə bağlı şərh verməkdən imtina edib. Bakı həmçinin “Lora” uzunmənzilli “Yer-yer” raketini alıb. Keçən il İsrailin “Meteor Aerospace” müdafiə şirkəti Azərbaycanda “Caspian Ship Building Company” (CSBC) ilə əməkdaşlıq edərək, xüsusi olaraq yerli müdafiə müqavilələrini yerinə yetirmək üçün “Caspian Meteor” adlı yeni yerli birgə müəssisə yaradıb.
2022-ci ildə Azərbaycan müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5622,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çoxdur. Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 709,8 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 2889,4 milyon manat və ya 2021-ci illə müqayisədə 554,5 milyon manat (23,7 faiz) çox vəsait yönəldilib.
Bakı adətən Azərbaycan-İsrail tərəfdaşlığının üçüncü tərəfə qarşı qurulmadığını bəyan etsə də, İran hər dəfə bu cür səfərlərdə özünü həm narahat, həm də zəif hiss edir. Son günlər Tehrandan Bakıya müsbət mesajlar fonunda İranın bu dəfə İsrail müdafiə nazirinin səfərinə səbirli reaksiya göstərə də bilər. Yeri gəlmişkən, bu səfər ərəfəsində İsrailin xarici işlər naziri Bakıda həbs edilən əfqan mənşəli terrorçu ilə bağlı bildirib ki, onun məqsədi İsrail səfirliyini partlatmaq olub və İrandan təlimat alıb. İndi isə müdafiə naziri Bakıdadır, daha əvvəl kəşfiyyat naziri ölkəmizə səfər etmişdi. Tehran isə Azərbaycanı tez-tez əsassız yerə ittiham edir ki, guya “sionist rejimi” cənub sərhədlərinə yerləşib və İrana təhdid mənbəyidir. Halbuki Bakı -Təl-Əviv əlaqələri üçüncü ölkəyə qarşı yönəlməyib. Bu səfərdən gözləntilər nədir? Tehran necə qarşılayacaq?
Enerji layihəsini hədəfə alan Ermənsitanın məqsədləri - Polkovnikdən açıqlama
Şair Ramaldanov
Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan müasir ordu quruculuğuna keçəndən bəri İsraillə hərbi-texniki əlaqələr getdikcə inkişaf etməkdədir. Onun sözlərinə görə, İsrailin istehsal etdiyi silahları ilk dəfə “aprel döyüşləri”ndə istifadə edərək nəticələrini görmüşük. Polkovnik hesab edir ki, İsrailin hərbi-sənaye kompeksi müasirliyi ilə seçilir, o baxımdan bu ölkənin hərbi sənayesi bizim üçün maraqlıdır. “Eyni zamanda iki ölkə arasında səmimi dostluq münasibətləri mövcuddur. Bu da hərbi sahədə əlaqələri daha da gücləndirir. Düzdür, cənub qonşumuz bu əlaqələrə fərqli baxır. Ancaq istər işğalın son illərində, istərsə Vətən müharibəsi dövründə, istərsə də sonrakı dönəmdə cənub qonşumuzun ermənipərəst siyasəti qabarıq şəkildə özünü göstərdi ki, bundan sonra Azərbaycan da İsraillə əlaqələri daha açıq və daha geniş şəkildə inkişaf etdirdi”, - deyə Ramaldanov belə düşünür.
Onun fikrincə, Azərbaycan Ordusunun hansı silah-sursata üstünlük verməsi müharibə təcrübəsindən irəli gəlir: “Azərbaycan bütün sahələrdə müharibə təcrübəsini təhlil etdi və bu özünü silah alqı-satqısında da göstərdi. İsrail silahları keyfiyyətliliyini 44 günlük döyüşlərdə sübut edib. İndi isə müdafiə nazirləri görüş xatirinə müzakirə aparmırlar. Ona qədər sənədlərin paketi ciddi şəkildə hazırlanır, baza yaranır, bütün istiqamətlər üzrə razılığa gəldikdən sonra iki hərbi rəhbər şəxslər müqavilələr imzalayırlar. Bu sənədlərə Bakıda da, Tel-Əvivdə də qol çəkilə bilər, onun fərqi yoxdur, əsasən məsələ odur ki, bu səfərlərə inkişafın nəticələri kimi baxmaq lazımdır. Ona görə Azərbaycan və İsrail müdafiə nazirlərinin görüşü hər iki tərəfə faydalıdır”.
Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə edir"
Yeganə Hacıyeva
Siyasi ekspert Yeganə Hacıyeva İsrail nazirinin səfəri ilə bağlı o qənaətdədir ki, diqqət iki ölkə arasında diplomatiya, təhlükəsizlik və texnologiya sahələrində strateji əlaqələrin daha da gücləndirilməsinə yönəlib: “Tərəflər həmçinin ölkələr arasında müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsi, ümumi təhlükəsizlik məsələləri, o cümlədən regional təhlükəsizlik və sabitliyin yaxşılaşdırılması imkanlarını müzakirə edəcəklər”. Onun fikrincə, bu əlaqələr daha da irəliləyəcək.
VETENİM-AZERBAYCANDIR.AZ