21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Son 6 ay ərzində ölkə iqtisadiyyatının bütün istiqamətləri üzrə müsbət nəticələr əldə olunmuşdur
VETENİM-AZERBAYCANDIR.AZ
Son 6 ay ərzində ölkə iqtisadiyyatının bütün istiqamətləri üzrə müsbət nəticələr əldə olunmuşdur
Qarabağ və Şərqi Zəngəzur torpaqlarında bərpa işlərinin sürətlənməsi , ölkəmizdə iqtisadi və maliyyə qüdrətinin yetərincə artmış olması dövlətimizin Qarabağ və Şərqi Zəngəzur torpaqlarının xərclərini qarşılamaq imkanına sahib olmasında xəbər verir.
Respublikamızda iqtisadiyyatın digər sahələrinin inkişafı, uzunmüddətli və davamlı iqtisadi yüksəlişə nail olaraq, zəngin neft–qaz ehtiyatlarından istifadə edilərək və Qara Qızıl-ın qeyri–neft sektorunun inkişafı yüksək uğurla həyata keçirir. Bildirmək istərdim ki, Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi xətti ölkəmizin daima inkişafını təmin edib. Cənab Prezident də öz çıxışında vurğuladı ki, cari ilin ötən 6 ayında qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun isə 3 faizdən çox artması real iqtisadiyyatın yüksələn xətlə inkişafının göstəricisidir.
Heç kimə sirr deyil ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların nəticəsi olaraq ölkəmizin maliyyə vəziyyəti yüksək dərəcədədir. Bu sektorundakı qayda–qanunların dürüstlüyü, maliyyə sektoruna daxil olan bütün orqanların doğruluğu olması çox sevindirici haldır.
Cənab prezidentin həyata keçirdiyi islahatların nəticəsi olaraq 2023-cü ilin ilk 6 ayında büdcəyə əlavə olaraq yüksək məbləğdə vəsaitlər daxil olub. Buna şəffaflığın təmin edilməsi, düşünülmüş sərmayə yatırımı və ən başlıcası isə düzgünlüyün təmin olunması sahəsində nail olunub.
Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızın bərpa işlərinin tezləşdirilməsi və eyni zamanda ölkəmizin hərbi qüdrətinin və ordumuzun gücləndirilməsinə şərait yaratmaqdadır.
Hazırda ölkəmizdə birinci altı ayın hesabatında bizim büdcəmiz təqribən 10 milyard dollara olub. Əgər bunu beləcə qoruyub saxlaya bilsək, növbəti altı ayda büdcəmiz daha da yaxşılaşacaqdır.
Ölkəmizdə makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Azərbaycan manatının məzənnəsi altı ildir ki, eyni qaydada qalmışdır. Prezident İlham Əliyevin cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş çıxışı zamanında qeyd etmişdir ki, makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir.
Eyni zamanda Cənab prezident bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulduğunuda qeyd edib. Cari ilin sonuna qədər məcburi köçkünlər Laçın şəhərinin Zabux və Sus kəndlərinə qayıdacaqlar. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar deyə söyləmişdir.
Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların nəticəsi olaraq 2023-cü ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manat vəsait daxil olub. Buna, ilk növbədə şəffaflığın təmin edilməsi, düşünülmüş daxili sərmayə yatırımı, səmərəli iqtisadi proqramların icrası və ən başlıcası isə şəffaflığın təmin olunması sahəsində nail olunub. Əlavə büdcə gəlirlərinin Qarabağın bərpasına, Zəngəzur dəhlizinin reallaşmasına yönəldilməsi də gələcək üçün investisiya hesab oluna bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihədir. Avropa ilə Asiyanın ticarət dövriyyəsi məhz bu dəhlizin formalaşmasından asılı olacaq. Çindən Avropaya və əks istiqamətə daşınan yüklərin Azərbaycan ərazisindən keçməsi ölkəmizə yalnız iqtisadi dividentlər deyil, eyni zamanda, siyasi zəmanət də qazandıracaq. Cənab prezidentin göstərişi ilə bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura yüksək məbləğdə pulun xərclənməsi gözlənilir.
Ölkədə hazırda iqtisadi layihələrin miqyası ölkəni əhatə edir. Eyni zamanda yenidən qurma layihələri təkcə Qarabağda Şərqi Zəngəzurda yox, Azərbaycanın bütün regionlarında həyata keçirilir.
Biz Azərbaycan xalqı olaraq hamılıqla bir vətəndaş kimi öz müstəqilliyimizi, ərazi bütövlüyümüz üçün daha güclü olmalıyıq. “İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən demək istəyirəm ki, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır.
Dövlətimizin başçısı bildirmişdir ki, "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".
Hazırda Gəmiqayırma zavodumuzun mövcud daşıma imkanlarına hesablandığını diqqətə çatdıran dövlətimizin başçısı çıxışında deyib: Nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik”. Buna böyük tələbat var və həm bizim, həm də qonşu ölkələrin ehtiyacı var.
Cari ilin 6 ayında, Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramının olması, Naxçıvanın uğurlu sosial-iqtisadiyyatının bərpasının tam icra ediləcəyi, O cümlədən, Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi Cənab Prezident tərəfindən görüləcək işlərin siyahısında qüvvədədir. Hamıya da məlumdur ki, ölkəmizin böyük hissəsi artıq “yaşıl enerji” zonası elan edilib.
Cənab Prezident cari ilin 6 ayının hesabat müşavirəsində olduğu zaman Gədəbəydə baş vermiş məsələ ilə bağlı öz çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığa yol verərək, diqqətsizlik göstərdiyini xüsusi vurğulayıb. Nazirliyin diqqətsizliyinin nəticəsi olaraq xarici investor bizim təbiətimizi zəhərləyib.
Ölkəmizdə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti artmış və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, ölkəmiz və xalqımız üçün əlverişlilik yaradır. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmizdə nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparıldığını, ərazimizdə infrastrukturun demək olar tam modernləşdirildiyini deyən dövlətimizin başçısı vurğulayıb: “Bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir deyə söyləmişdir.
Hazırda Gəmiqayırma zavodumuzun mövcud daşıma imkanlarına hesablandığını diqqətə çatdıran dövlətimizin başçısı çıxışında deyib: Nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik”. Buna böyük tələbat var və həm bizim, həm də qonşu ölkələrin ehtiyacı var.
Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir.
Bunu da qeyd edim ki, bu günlərdə “Abşeron” qaz-kondensat yatağından çıxarılan ilkin qaz çox əhəmiyyətlidir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən 300 milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına.
Biz bütün Azərbaycan xalqı olaraq hər zaman Cənab Prezidentin apardığı daxili və xarici dəstəkləmişik. Ölkəmizin daima irəliyə gedərək, bütün dünyada Qüdrətli Azərbaycan kimi tanınmasınında, xalqının, millətinin daima yanında olaraq hər bir vətəndaşın rifah yaşaması üçün əlindən gələni etdiyi üçün hər zaman Cənab Ali Baş Komandan İlham Əliyeva minnətdar olacağıq.
Cari ilin 6 ayının sosial iqtisadi inkişafının yekunları bir daha təsdiq etdi ki, Azərbaycan tam müstəqil siyasi xətt tutaraq daim inkişafa doğru irəliləyir.
Əfsanə Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
VETENİM-AZERBAYCANDIR.AZ