13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
Azərbaycan qonşu ölkələrin sərhəd qurumları ilə əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirir - Məhərrəm Əliyev
VETENİM-AZERBAYCANDIR.AZ
Qonşu ölkələrin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyətin təşkili məqsədilə görüşlər və məsləhətləşmələr keçirilir.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən bildirir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.
Ətraflı
"Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və İrandan olan nümayəndələrlə birgə gələcək əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçiririk. Nümunə olaraq Rusiya və Qazaxıstandan olan həmkarlarla birlikdə Xəzər dənizində birgə operativ-profilaktik tədbirlərin keçirilməsi təcrübəsini qeyd etmək istərdim. Sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərləri həyata keçirilir, sərhəd nəzarət xətti üzrə və operativ orqanların işgüzar görüşləri keçirilir, Azərbaycan-Rusiya sərhədində demarkasiya işləri uğurla davam etdirilir. Uğurlu qarşılıqlı fəaliyyətin digər bir nümunəsi isə Özbəkistandan olan həmkarlarla əməkdaşlığımızdır. Ötən ilin dekabr ayında Sərhəd Qoşunlarının komandanı general-mayor Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edərək dövlət sərhədlərinin mühafizə sistemi ilə tanış olub. İkitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri üzrə məhsuldar fikir mübadiləsi aparılıb", - o deyib.
VETENİM-AZERBAYCANDIR.AZ