17:39 - Antiterror tədbirlərində nə qədər erməni əsgəri ölüb?
11:04 - Bakı Qarabağda yaşayan erməni əhaliyə ərzaq göndərir
08:11 - İlham Əliyevin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb - FOTO
20:55 - Yevlaxda ermənilərə nə tapşırıldı - A nöqtəsindən Z-yə doğru...
19:52 - Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirdi
13:18 - Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal
13:18 - Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal
10:41 - Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda
10:38 - Qarabağda 5 min erməni təxliyə edildi
07:13 - Bu gecə İrəvan küçələri... - Video
07:07 - Ceyhun Bayramov serbiyalı həmkarını antiterror tədbirləri barədə məlumatlandırdı
21:12 - Prezident: Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır
21:03 - İlham Əliyev: Qarabağda mülki əhalinin qorunmalı olması ilə bağlı ciddi tapşırıq verilmişdi
21:01 - İlham Əliyev: Birinci dəfə deyil ki, Ermənistan bizə qarşı terror aktı törədir
Əməkdaşlıq potensialı kifayət qədər böyükdür
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan dünyanın müxtəlif qütüblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur.
Bu zaman diqqət çəkən əsas reallıqlardan biri odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf olunan həqiqətdir. Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət başçısı ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bəyan edirlər. Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri bunları bir daha təsdiq etdi.
Litva ilə Azərbaycanı bir çox ortaq maraqlar birləşdirir. Azərbaycan və Litva arasında sıx münasibətləri şərtləndirən bir sıra siyasi-iqtisadi elementlər mövcuddur. Hər iki ölkənin keçmiş SSRİ respublikası olması birgə əməkdaşlığın qurulmasında bu nöqteyi-nəzərdən xüsusi rol oynamışdır. Keçmiş ittifaq daxilində yaxşı əlaqələrə malik olan hər iki ölkə ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə nail olub.
Hər iki ölkənin müstəqillik əldə etməsindən sonra tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoymuş və əməkdaşlığın bütün sferaları dinamizmi ilə seçilməyə başlamışdır. Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 20-də tanıyan Litva Respublikası ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasında diplomatik münasibətlər isə 1995-ci ilin noyabr ayında qurulub. Litva Respublikasının Azərbaycandakı səfirliyi 3 aprel 2007-ci il tarixindən fəaliyyətə başlayıb, Azərbaycan Respublikasının Litvadakı səfirliyi isə 2007-ci ilin sentyabr ayında açılıb. Bundan əlavə, iki ölkə arasında prezidentlər səviyyəsində dəfələrlə görüşlər baş tutub, qarşılıqlı səfərlər təşkil olunub.
Cari ilin May ayının 21-də Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən vacib sənədlər imzalanıb. Rəsmi səfəri zamanı bu əməkdaşlıqların genişləndirilməsi üçün önəmli addımlar atılmışdır.
Mayın 22-də Prezident İlham Əliyev Vilnüsdə mətbuata verdiyi bəyanatında vurğulayıb ki, geniş fikir mübadiləsi əsnasında aparılan önəmli müzakirələr və imzalanan sənədlər ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiqlədi.
Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq.
Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır.
Prezident İlham Əliyev öz bəyanatında bir daha vurğuladı ki, Litva ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafına önəmli töhfələr verir. Prezident Qitanas Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir.
Səfər zamanı Azərbaycan və Litva Prezidentlərinin keçirdikləri görüşdə bərpa olunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparılıb. Yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi. Litva bərpa olunan enerji mənbələri, xüsusən də günəş enerjisi sektorunda böyük potensiala malikdir. Ümumiyyətlə iki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur.
Göründüyü kimi, iki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
VETENİM-AZERBAYCANDIR.AZ