Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib

Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
30-05-2023, 12:40 126 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Sazişi ratifikasiya edib.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən bildirir ki, Milli Məclisin bu gün keçiriləcən plenar iclasının gündəliyinə "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi məsələsi daxil edilib.
Sənədə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı Dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb.
Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız respublikalarıdır.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq  təsdiq edilib. 



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI