22:19 - İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb - FOTO
22:16 - AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır
22:08 - Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü - YENİLƏNİB - FOTO
17:58 - BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi
17:25 - "Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib"
17:20 - Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
17:06 - Əməkdaşlıq potensialı kifayət qədər böyükdür
16:11 - Azərbaycan dünyanın qlobal güclərinin diqqət mərkəzində
16:02 - “Beynəxalq Əlillər Cəmiyyəti” İB-in ofisi yandı
21:09 - Polkovnikin canına qəsdinin səbəbi bilindi - Məktubu tapılıb
12:40 - Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
12:38 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
12:35 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
06:34 - Pedofiliyaya etiraz - "SİRR" filmi təqdim edildi // VİDEO+FOTO
Əhməd Haradadır? filmin 60 illiyi ilə bağlı tədbir təşkil olunmuşdur.
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan Respublikasınımn Mədəniyyət Nazirliyinin C.Cabbarlı adına respublika gənclər kitabxanasının konfrans zalında Əhməd Haradadır ? filminin 60 illiyi münasibəti ilə, filmdə Sürücü Əhməd rolunun ifacısı. Azərbaycanın əməkdar artisti Elxan Qasımovla görüş təşkil olunmuşdur. “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin təşkilatcılığı ilə, təşkil olunan tədbiri giriş sözü ilə acan, DAHD i.b prezidenti Tofiq Əli-zadə bildirdi ki, bu il “Əhməd Haradadır ?” filminin 60 yaşı olur. Bu bir insan ömrüdür , Amma bizlər hər dəfə o filmə baxanda özümüzü 60 cı illərdə kimi hiss edirik. Elxan Qasımov, adı Azərbaycan kino tarixində qızıl həriflərlə yazılacaq şəxsiyyətli kino aktyorlardan biridir. Deyildi ki,Senario müəllifi Sabit Rəhman, Filmin rejisoru Ədil İskəndərov, Bəstəkarı Rauf Hacıyevdir.Şofer Əhməd rolunun ifacısı Elxan Qasımov, Ceyran rolunun ifacısı isə Gürcü aktrisası Nona Paçuaşvili cəkilişdilər. Sonra filmdə Elxan Qasımovun cəkildiyi epizodlara baxış oldu.Daha sonra Tofiq Əli-zadə, sözü -Əhməd Haradadır? Filminda baş rollarından birinin ifacısı olan Elxan Qasımova verdi. Məzmunlu və uzun illərin tarixinə söykənən Əhməd Haradır ? filmi haqqında xatirələrini danışan Elxan Qasımov dedi ki,1962-ci ildə Mən instituta gələndə kursu Adil İsgəndərov yığırdı. Demə, o vaxt "Əhməd hardadır?" filminin ssenarisi də hazır imiş.O vaxt bilmirdim ki, ssenari 2 il əvvəl yazılır.Başa düşdüm nə demək istəyirsiniz. Adil İsgəndərovun qrupunda elə şey ola bilməzdi. Heç ağlımıza da gəlmirdi. Əvvəla, bizi idarə edirdilər: araq içmə, çaxır içmə, saçını qırxma. Sonradan bildim ki, Ceyran rolunun ifaçısı Nona Paçuaşvili təzə ərə gedibmiş. Ona demişdilər ki, hamilə olmasın. O da söz vermişdi. Nonanın əri Tamazi Bakıya ilk çəkilişə gəldi. "İnturist"də qalırdılar. Gecə ərini maqnitofondan "tok" vurdu. Yoldaşı Gürcüstanda bir nazirin oğlu idi. Çox da yaraşıqlı oğlandı Tamazi. Çəkilişlər dayandı, yas mərasimi oldu. Çəkilişlər bərpa olunanda gördük ki, Nona hamilədir. Ona görə də heç kim heç nə deyə bilmədi.Kino çox çətindir. Məsələn, Ceyranın qardaşı Əhməd evdən küsüb gedəndə otağı pavilyonda çəkirlər, çamadanı yığır, hasardan tullanır. Hasardan düşür Hacıkənddə. Amma it dalınca düşən yer Göyçaydadır. Kiçik bir epizod üç məkanda çəkilib.Mənim ən yaxşı epizodlarım Yaşıl Teatrdakı rəqslərimdir. Orda bəzi yerlərdə qızı uzaqdan göstərirlər. Çünki Nona artıq hamilədir. Diqqətlə baxanda bilinir.60 ildir Şofer Əhmədlə "gedirəm". Köhnəldikcə tamaşaçı daha yaxşı qarşılayır.Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə getmişəm, basketbolla, voleybolla məşğul olmuşam. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında Bakıya yarışa gəlmişəm, Bakıda rəqqas kimi festival laureatı olmuşam. Yaşıl Teatr açılanda onun səhnəsində ilk rəqs edənlərdən biriyəm. Bütün bunlar 1962-ci ilə qədər baş verib. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olmuşam, ölkəiçi və ölkə xaricinə qastrollara getmişəm. Əminə Dilbazi, Əlibaba Abdullayev, Böyükağa Məmmədov, Xumar Zülfüqarova kimi görkəmli baletmeysterlərdən dərs almışam.Daha sonra filmdə Elxan Qasımıvun oynadığı rəksə baxıldı.Cıxış edən Azərbaycan dövlət akademik rəqs ansambılının bədii rəhbəri, xalq artisti Rüfət Xəlil-zadə, dedi ki, 60 il öncə Elxan Qasımovun oynadığı milli rəqslər,cox böyük peşəkarlıqla ifa olunub..Bu da səbəbsiz deyil, cünki. Elxan Qasımov Azərbaycanın xalq artisti, korifey rəqs ustadımız Əlibaba Abdullayevdən dərslər almışdır.Xalq artisti, rəqqas Xanlar Bəşirov da, Elxan müəllimin filmdə ifa etdiyi milli rəqs barədə cox gözəl fikirlər soylədi. “Çarcı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva,Çarcı jurlanının yenicə cıxmış sayında Elxan Qasımovla bağlı yazını və foto şəkilləri tədbir iştirakçılarına təqdim edərək, ona can saglığı arzuladı. Sonda tədbirə gələnlər qonaqlar tərəfindən Elxan müəllimə hədiyyələr verildi və xatirə şəkilləri cəkildi
VETENİM-AZERBAYCANDIR.AZ