Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinə start verilib - FOTO

Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinə start verilib - FOTO
25-04-2023, 22:07 231 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Aprelin 25-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinə start verilib.
VETENİM-AZERBAYCANDIR.AZ bu barədə Trend-ə istinadən xəbər verir.
Bədii gimnastika üzrə məşqçi Vəfa Bəkirovanın sözlərinə görə, yarışlarda səkkiz idman məktəbi və klubun yetirmələri olan gənc idmançılar iştirak edirlər.
"Birincilikdə 100-dən çox gimnast iştirak edir, onlar "balacalar", "yeniyetmələr" və "gənclər" yaş kateqoriyalarında çıxış edirlər. Bu yarışların keçirilməsi perspektiv idmançıların üzə çıxarılmasında böyük rol oynayır", - deyə o vurğulayıb.
Qeyd edək ki, 25-27 aprel tarixlərində keçirilən yarışlarda "Ocaq Sport" klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Grasiya" klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi və FHN İdman-Sağlamlıq Kompleksinin təmsilçiləri iştirak edirlər.
Birincilikdə gimnastlar "balacalar" (2013-2015-ci il təvəllüdlü), "yeniyetmələr" (2011-2012-ci il təvəllüdlü), "gənclər" (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.
Yarışın birinci günündə balacalar və yeniyetmələr fərdi proqramda alətsiz hərəkətlər üzrə çıxışlarını nümayiş etdirirlər.





VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI