01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Bədii Gimnastika üzrə "Zəfər Kuboku" adlı açıq birincilik keçirilib
VETENİM-AZERBAYCANDIR.AZ
28-29 yanvar tarixlərində “Sports box” klubunun təşkilatçılığı ilə 1-ci “Victory Cup (Zəfər Kuboku)” adlı açıq birincilik keçirilib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Qazaxstan, Küveyt , BƏƏ və ümumilikdə 300-dən artıq gimnast iştirak edib. Azərbaycanı bu yarışda “Sports box” klubunun üzvləri ilə yanaşı paytaxt Bakıdan və bölgələrimizdən olan 6 klub təmsil edib. Açılış mərasimində Milli məclisin deputatı, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, vətənpərvərlik ruhunda mahnıları ilə məşhur olar "Şeron" qrupu və şəhid anaları iştirak edib.
Yarışı giriş sözü ilə açan klubun direktoru Leyla Musayeva iştirakçıları və ölkəmizin qonaqlarını salamlayıb, onlara uğurlar diləyib. Leyla xanım çıxışında bildirib ki, bu gün ölkəmizdə bədii gimnastikaya olan maraq günü-gündən artır. O, birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə bədii gimmastikanın inkişafına yönələn sonsuz diqqətindən söhbət açıb, idmançılarımıza göstərdiyi qayğıdan böyük minnətdarlıq hissi ilə danışıb.
“Sports box” klubunun fəaliyyətindən söz açan klubun direktoru Leyla xanım bildirib ki, məşqçi və gimnast heyəti qarşıdan gələn respublika əhəmiyyətli çempionatlarda iştirak etmək üçün var qüvvələri ilə çalışırlar. Bu yarışlarda iştirak etmək hüququ qazanmaq üçün artıq avqust ayından Azərbaycan Gimnastika Federasiyasına və Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini də vurğulayıb.
Qeyd etmək istərdim ki, mənim üçün çox əziz və doğma olan Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin 3e sinif şagirdi Fəxrəddinova Aysu Taleh qızı da bu yarışda iştirak etmişdir və E kateqoriyasında birinci yer tutmuş və 2014 cü illərin içərisində ən güclü gimnast seçilmisdir. Bu münasibətlə əziz AYSU səni təbrik edir və gələcək yarışlarda sənə uğurlar arzu edirəm.
VETENİM-AZERBAYCANDIR.AZ