01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Bakıda Dünya Kuboku: gürzlər və lentlə hərəkətlərdə finalçılar bəlli olub
VETENİM-AZERBAYCANDIR.AZ
Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun ikinci yarış günündə fərdi proqramda çıxış edən gimnastlar arasında finalçılar müəyyənləşib.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən bildirir ki, finalçılar gürzlər və lentlə hərəkətlərdə müəyyən bəlli olub.
Gürzlərlə hərəkətlərin finalına Stilyana Nikolova (Bolqarıstan, 33,650 xal), Sofiya Raffaeli (İtaliya, 33,350 xal), Darya Varfolomeev (Almaniya, 31,900 xal), Viktoriya Onoprienko (Ukrayna, 31,600 xal), Təxminə İkromova (Özbəkistan, 31,200 xal) ), Zöhrə Ağamirova (Azərbaycan, 30,900 xal), Yekaterina Vedeneyeva (Sloveniya, 30,750 xal), Yeva Brezaliyeva (Bolqarıstan, 30,550 xal) çıxıblar.
Azərbaycan gimnastı Alina Gözəlova bu proqramda finala çıxa bilməyib, o, 27,100 xalla 33-cü yeri tutub.
Lentlə hərəkətlərin finalına Stilyana Nikolova (Bolqarıstan, 33,450 xal), Yosmina Rəhimova (Özbəkistan, 30,750 xal), Təxminə İkromova (Özbəkistan, 30,650 xal), Yeva Brezaliyeva (Bolqarıstan, 30,650 xal), Adi Asya Kats (İsrail, 29,750 xal), Annalize Draqan (Rumıniya, 29,750 xal), Yekaterina Vedeneyeva (Sloveniya, 29,700 xal), Marina Malpika (Meksika, 29,600 xal) çıxıblar.
Bu proqramda Azərbaycan gimnastları Zöhrə Ağamirova və Alina Gözəlova finala çıxa bilməyiblər. Ağamirova 29,400 xalla 9-cu, Gözəlova hakimlər tərəfindən 26,650 xalla qiymətləndirilərək 27-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.
Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.
Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.
VETENİM-AZERBAYCANDIR.AZ