09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Lütfiyar İmanovun anandan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
VETENİM-AZERBAYCANDIR.AZ18 aprel 2023 ilAzərbaycanın xalq artisti, professor Lütfiyar İmanovun anandan olmasının 95 illiyi. Azərbaycanın xalq artisti professor, Lütfiyar İmanovun anandan olmasının 95 illiyi ilə bağlı,Azərbaycan Respublikası C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının konfrans zalında tədbir keçirilmişdir.
Azərbaycanın xalq artisti Lütfiyar İmanovla dostluğundan və onun sənət fəaliyyətindən danışan, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə bildirdi ki, Lütfiyar İmanov , Azərbaycan klassiq musiqi mədəniyyətinin və vokal sənətinin inkişafında böyük xidməti olmuşdur. Lütfiyar İmanovun sənəti müxtəlif millətlərdən olan adamlar üçün yaxın və anlaşıqlı olmuşdu. Deyildi ki, kecmiş SSRİ-nin və Azərbaycanın xalq artisti olmuş Lütfiyar İmanov, 2002-2008 ci illərdə Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin Aqsaqallar şurasının sədri olmuş və bu təşkilatın himninin müəllifidir. Tofiq Əli-zadə dedi ki, Lütfiyar İamanov səhnə fəaliyyəti dövründə "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışmışdr. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. Daha sonra Lütfiyar İmanovun ifasında Üzeyr Hacıbəylinin Koröğlu oprerasından video parcalar göstərildi.Daha sonra Lütfiyar İmanovun səhnə və opera fəaliyyəti barədə danışan ziyalılar, Əmkdar jurnalist Mətanət Agamirova,Tahir Sadıqov,Sevinc Əliyeva, “Çarcı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Vətənim Azərbaycandır” saytının baş redaktoru Kamran Orucov və başqaları bildirdilər ki, Azərbaycanın böyük sənətkarı, ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. Hələ 12 yaşı olanda Bülbülün Səni gördüm aşiq oldum plastinkasına qulaq asandan sonra o mahnını həvəslə oxuyardı.1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb 1958-ci ildə gənc artist SSRİ xalq artisti, bəstəkar Niyazinin diqqətini cəlb edir.Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib hər iki dildə Hindistanda ifa etmişdir. Lütfiyar İmanov Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya,İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınstan, Rumıniya və b. ölkələrdə konsertlər vermişdir. Sonda Lütfiyar tədbirin təşkilinə görə, Tofiq Əli-zadəyə minnətdarlığını bildirən Lütfiyar İmnovun oğlu Rauf İmanov söylədi ki, Lütfiyar İmanov ilk dəfə vokal pərəstişkarlaı onu 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti 10 günlüyündə, SSRİ Böyük Teatrının səhnəsində əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olmuşlar.F.Əmirovun "Sevil" operasında Balaş, C.Cahangirovun "Azad" operasında Ayaz, R.Mustafayevin eyni adlı operasında Vaqif, M.Maqomayevin "Nərgiz" operasında Əlyar, V.Adıgözəlovun "Ölülər" operasında İsgəndər, S.Ələsgərovun "Bahadır və Sona" operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera partiyalarıdır. Lütfiyar İmanov 1978-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. Sonda tədbir iştirakcıları xatirə şəkilləri cəkdirmişlər.
VETENİM-AZERBAYCANDIR.AZ