Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Milli Dəyərlərin Qorunması Təşkilatının” təşkilatçılığı ilə Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

“Milli Dəyərlərin Qorunması Təşkilatının”  təşkilatçılığı ilə Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir  keçirildi.
16-04-2023, 20:04 351 dəfə baxılıb


   14.04.2023 il tarixində “Milli Dəyərlərin Qorunması Təşkilatının” sədri, Tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi  Musa Nağıyevin nəvəsi, Tarix və fəlsəfə elmləri doktoru Dilarə Ağamusanın təşkilatçılığı ilə Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirmək üçün “Milli Dəyərlərin Qorunması Təşkilatının Sədri” , təşkilatın üzvlər və Vəlibəyova  Arzu Şəki şəhəri İcra Hakimiyyətinin müavini Zərinə Cavadovayla görüşüb Ulu Öndərin və Şəhidlərin ziyarətinə başladılar.

      Daha sonra Müəllifi “Milli Dəyərlərin Qorunması” Təşlikatının sədri Dilarə Ağamusanın olduğu "Mənəviyyat Ən Ali Dəyərdir" adlı iki şəhidin həyatından bəhs edən filmin təqdimatı keirildi. 

      Təqdimatda şəhid ailələri, Təşkilat rəhbərləri, Şəhid İzzət Həmidlin anası Vəfa İzzətli, Şəhid  Elmaz Hacıyevin anası  Səxavət Hacıyeva, “MDQ.”iB Şəhid ailələrinə və Qazilərə dəstək şöbəsinin rəhbəri və Da Vinci estetik klinikasının kosmetoloqu Rəhimli İlahə Teyyub qızı,  Filologiya üzrə fəlsəfə doktoru, ADİU (UNEC)- nun dosenti, Prezident təqaüdçüsü Yusifova Nailə, “Milli Dəyərlərin Qorunması“ təşkilatının Mədəniyyət şöbəsinin rəhbəri Mirbağırova Şəhla, Respublika Qadınlar Cəmiyyətinin Regionlar üzrə sədri, “Milli Dəyərlərin Qorunması“ təşkilatının fəxri üzvü  Lütfəliyeva Ofeliya, Respublika Qadınlar Cəmiyyətinin  Şəki şəhəri üzrə sədri və “Milli Dəyərlərin Qorunması“ təşkilatının İdarə Heyətinin fəxri üzvü, Vəlibəyova  Arzu, VETENİM-AZERBAYCANDIR.AZ İctimai Siyasi Xəbərlər İnformasiya portalının müxbiri və “Milli Dəyərlərin Qorunması“ təşkilatının Tədbirlərin yayımı üzrə rəhbəri Əfsanə Əliyeva, Şəki şəhər “Gözdən Əlillər Cəmiyyətini “sədri Aslanov Teyyub, “Balans İqtisadi Marifləndirmə” İB sədri Möhbəli Nağıyev, Qəsəbə nümayəndəliyinin sədri Nəsrullayeva Rəna, Tibb Kollecinin müəlliməsi Maqsudi Tacirə, Şəki şəhər təhsil işçiləri Məmmədova Natella, İsmayılova Əminə iştirak etmişdirlər.

      Tədbiri giriş sözü ilə “ Milli Dəyərlərin Qorunması” təşkilatının sədri Dilarə Ağamusa açdı.

 Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və Azərbaycanın dövlət himni səsləndirildi.  

    Daha sonra Dilarə xanım Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan söz açdı və Heydər Əliyevin xalqının ən çətin anlarında köməyə gələrək, öz xalqına, millətinə dayaq olmasından danışdı.  Dilarə xanım bu gün Ulu Öndər cismən  aramızda olmasa da, Onun əbədi ideyaları hər zaman qəlbimizdə yaşamaqdadır söylədi. Eyni zamanda onun siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyev cənablarının Ulu Öndərin siyasətini uğurla davam etdirərək xalqına, millətinə dayaq olmasından söz açdı.  Dilarə xanım ərsəyə gətirib, hazırladığı "Mənəviyyat Ən Ali Dəyərdir" adlı filimdən söz açdı və əslində  filin məhs şəhidlərlə bağlı olması səbəbindən, filmi hazırlamağın heç də asan olmadığını vurğuladı. Dilarə xanım filmi ərsəyə gətirmək üçün baş tacımız olan şəhidlərin həyat yollarını addım-addım və ürək ağrısı ilə keçdiyini bildirdi.  Daha sonra qonaqlar çıxış edərək Heydər Əliyevin daima Azərbaycan Respublikası üçün atdığı uğurlu  addımlardan söz açdılar.           

       Ardından müəllifi Dilarə Ağamusanın olduğu "Mənəviyyat Ən Ali Dəyərdir" adlı iki şəhidin həyatından bəhs edən filmin təqdimatı keçirildi.

Sonda xatirə şəkilləri çəkildi.




Əfsanə Əliyeva

VETENİM-AZERBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI