11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
Ağa Musa Nağıyein xatirəsi anıldı.
VETENİM-AZERBAYCANDIR.AZ VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin həyatının və fəaliyyətinin araşdırıcısı- tədqiqatçısı olaraq, Azərbaycanın keçmişini, onun dəyərli səhifələrini gələcək nəsillərə ötürmək məqsədilə - 32 ildir ki, bu yönümdə çalışan Ağa Musa Nağıyevin varisi Dilarə xanım öz babasının xatirəsini hər zaman uca tutmuş və gələcək nəsillərə çatdırılması istiqamətində işlər aparmışdır. Ənənəyə sadiq qalaraq, bu il də martın 4-də milyonçu-mesenat A.M.Nağıyevin anadan olmasının 174,vəfatının104-cü ildönümü münasibətilə Biləcəridə, Azərbaycan Kazklarının qarovulda dayanmış - məzarının önündə toplaşıldı. Tədbirə bir çox ictimai xadimlər, media nümayəndələri və şəhid ailələri var idi. Giriş sözüylə açılış edən Dilarə xanımın babası haqqında olan fikirlərini sizinlə bölüşürəm. Unutmaq olmaz ki, məhz milyonçu-xeyriyyəçilərimiz – H.Z.Tağıyev, A.M.Nağıyev, A.Ş.Əsədullayev, M.Muxtarov, İsa bəy Hacınski, Ağabala Quliyev və Aşurbəyovlar XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda iqtisadiyyatın, xüsusilə neft sənayesinin yeni tələblər səviyyəsində qurulmasında dövlət başçıları ilə “döyüşən” Azərbaycan sənayeçilərinin sayılanlarından olublar. Saman satan Hacı Nağının oğlu Ağa Musa, 11 yaşından hamballıq edərək əlinin qabarı ilə qazandığı pulun hesabına 49 yaşında milyonçuya çevrilmişdir. Böyük sərvət sahibinə çevrilən A.M.Nağıyev Şimali Azərbaycanın, xüsusilə Bakının ictimai,siyasi və iqtisadi həyatında iştirak edənlər sırasında birincilərdəndir. Bakının memarlıq incisi sayılan, Şərq və Qərb memarlığının ən incə ustalıqlarını özündə əks etdirən “İsmailiyyə” Azərbaycanın ictimai təfəkkür tarixinin inkişafını göstərən parlaq nümunəsidir. İlk olaraq, məhz Ağa Musa Nağıyev - Yeni Avropa və Astoriya mehmanxanaları, Realnı Məktəbi, Poçt binası,Körpələr Evi,Yetimxanalar, Məscid, Neft və Kerosin zavodları, Qızlar üçün yataqxana və Məktəb tikdirən, Kirxa” və indiyədək “erməni kilsəsi” kimi tanınan, əslində isə “Sinoqoq”un köməkçi otaqların tikilməsinə və Biləcəridə Körpünün (1898)saldırılmasına küllü miqdarda vəsait ayıran olub. Qeyri Hökumət Təşkilatı olaraq, Agentliyin dəsətyilə layihə rəhbəri olduğum 4 filmin 3-nü Ağa Musa Nağıyevin fəaliyyətinə həsr etmişəm. Tarixdən bəllidir ki, 1918-ci ilin martında ermənilərin Bakıda yaratdıqları qırğınlar zamanı İsmailiyyəni yandırarkən, oğlu İsmayılı sanki ikinci dəfə itirdiyini dərk edən Ağa Musa,100 bina tikdirəcəyinə və 100 yaşayacağına çox inamlı olsa da, 98 bina tikdirdi. Məhz “İsmailiyyə hadisəsi” onun ölümünə səbəb olmuş və O,1919-cu il martın 4-də, 70 yaşında vəfat etmişdir. Bu qədər xalqı üçün çalışan bu İnsanın nəşi 4 qəbr yeri dəyişib. 1919-1931-Çəmbərəkənd,1931-1938-Proparka,1938-1998-Biləcəri dağüstü qəbristanlıqlarını gəzən nəşi, 4-cü -1998-ci ildən daimi olaraq Biləcəridəki qəbristanlığında girəcəkdə uyuyur. 2016-da qəbrüstü büstü ucaldılıb.Tarixin qısa kəsiyində bu böyük xeyriyyəçi - Ağa Musa Nağıyev şəxsiyyətini unutdurmağa çalışsalar da, baş tutmadı. Millət ona nurlu əməllərilə işıqlı yol göstərən şəxsiyyətləri qəlbində, ruhunda, varlığında yaşadır və yaşadacaq. Keçirdiyim sayı hesaba gəlməyən tədbir və görüşlər, yazdığım 9 kitab, çəkilən 4 filmin süjet xətti və təltifləndiyim“Tərəqqi” Medalı, eləcə də, yiyələndiyim alimlik dərəcəsinin mövzuları -bütövlükdə Ağa Musanın sahibkarlığı və xeyriyyəçilik fəaliyyətini əks etdiyim sayəsində həyata keçib. Daha sonra Dilarə xanım tədbir iştirakçılarına söz verdi. Hər kəs Musa Nağıyevininsanlar üçün etdiklərini, onu haqda olan kitablardan oxuduqlarını və onun üçün çəkilən filimdən izlədikləri gördükləri haqda danışdılar. Tədbirdə Leytenant Rəhimli İlahə Teyyub qızı çıxış edərək qeyd etdi ki, Türkiyədə Balkan savaının baş verdiyi zaman Hacı Zeynalabidin Tağıyev və Musa Nağıyev kimsəsiz qalan uşaqların gələcəyi üçün küllü miqdarda yatırım ediblər. Nəzərə alsaq ki, bu savaşda hər şeyini itirmiş uşaqlar tam-tamına kimsəziz və sahibsiz qalmışdılar. Onlara Musa Nağıyevin Və Hacı Zeynalabidin Tağıyevin etdikləri həyata tutunma savaşında sıfırdan bünövrə idi. Və həmin uşaqlar Türkiyyə dövlətinin gələcəyi idilər. Musa Nağıyev haqqında daha bir faktı da qeyd etmək istəyirəm. Ərzurumda yadnırılmış bir camidə Musa Nağıyev Quranı çox baha bir qiymətə almış və 5 ci Mehmet Rəşad Sultana hədiyyə edir. Mehmet Rəşad Sultan isə əvəzində Musa Nağıyevə Osmaniyyə və Məcidi nişanı verir.
Sonda xatirə fotoları çəkildi.
Əfsanə Əliyeva
VETENİM-AZERBAYCANDIR.AZ