22:19 - İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb - FOTO
22:16 - AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır
22:08 - Azərbaycanlı aparıcı evli sevgilisi tərəfindən döyüldü - YENİLƏNİB - FOTO
17:58 - BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi
17:25 - "Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib"
17:20 - Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
17:06 - Əməkdaşlıq potensialı kifayət qədər böyükdür
16:11 - Azərbaycan dünyanın qlobal güclərinin diqqət mərkəzində
16:02 - “Beynəxalq Əlillər Cəmiyyəti” İB-in ofisi yandı
21:09 - Polkovnikin canına qəsdinin səbəbi bilindi - Məktubu tapılıb
12:40 - Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib
12:38 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
12:35 - Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
06:34 - Pedofiliyaya etiraz - "SİRR" filmi təqdim edildi // VİDEO+FOTO
ƏLİ BALANIN NOVRUZ TƏBRİKİ!
44gün.org
Babayev Əli Seymur oğlu 25 iyun 2014-cü il də Bakı şəhərində dünyaya göz açıb. Əli hələ kiçik yaşlarında olarkən, öz yaşıdlarından çox fərqlənirdi. Əli Babayevlər ailəsinin tək övladıdır. O, 141 № li tam orta məktəbin 3B–cü sinifində təhsil alır. Əlinin məktəbdə qazandığı hörmət və uğurları danılmazdır. O, nəyinki şagirdlər içərisində eyni zamanda müəllimləri tərəfindəndən də sevilir və seçilir.
Onun dostları içərisində öz yaşıdları ilə bərabər özündən yaşda böyük Bakı Uşaq və Gənclər Teatrının kollektivinin də həmkar dost kimi qeyd etmək olar. Əli hər zaman ağıllı zəkası və uzaqgörən düşüncəsi ilə fərqlənib. Atası Seymur bəy onun ən yaxın dostudur. Əli hələ kiçik yaşlarından incəsənəti və teatırı çox sevirdi və elə bunun üçün də 2 yaşından etibarən Bakı Uşaq və Gənclər Teatrının tamaşalarına marağı olduğundan tamaşalarda tez tez gəlib və tamaşaları izləyib.
Artıq kollektivin sevimlisinə çevrilən Əli teatrının rejissor, aktyor və ən əsası direktoru İntiqam Soltanın, teatrın baş rejissoru İlhamə Əhmədovanın, həmin teatırın peşəkar aktyoru Mehman Piriyevin diqqətini çəkmişdi və onlar Əlidəki istedadı hiss edib onu teatr tamaşalarında iştirak etməyə cəlb ediblər. Teatr tamaşasında baş rejisoru İlhamə Əhmədovanın olduğu 44 günlük vətən müharibəsindən bəhs edən 44 dəqiqəlik “Cənnətə Bilet” adlı tamaşada əsas rollardan biri olan şəhidin övladı rolunda iştirak etmişdir. Həmin tamaşa festivalda birinci yerə layiq görülüb. Eyni zamanda Əlinin iştirak etdiyi həmin tamaşa ölkənin bir çox regionlarında nümayiş olunmuşdur.
Daha sonra Əli ikinci bir tamaşaya imza ataraq quruluşçu rejisoru İntiqam Soltanın olduğu narkamaniya əleyhinə olan “Həyatla Oyun” adlı tamaşada rol almışdır. Bütün bunlarla birgə Əli televiziya reklamlarında çəkilərək hər kəsi heyran qoymuşdur. Bütün bunlara baxmayaraq Əli təhsilində də heç də geri qalmayaraq çox savadlı bir şagird kimi böyüyür. Onu da qeyd etmək istərdim ki, Əlinin bütün uğurlarında ona dəstək olan sinif müəlliməsi İsrafilova Şəfiqə xanımın əziyyətini xüsusi vurğulamaq lazımdır. Əli eyni zamanda boş vaxtlarınıda səmərəli keçirərək cüdo, şahmat, üzgüçülük kimi idman növü ilə məşğul olur. Əli Bakı Uşaq və Gənclər Teatrı tərəfindən, Cüdo idman yarışında qazandığı uğurlara görə, Fəxri Fərmanlar, Təşəkkürnamələr və Diplomlarla da təltif olunub. Biz Əli bala ilə əlaqə saxladıq və ondan ürək sözlərini almaq istədik.
O, öz yaşına uyğun olaraq utana-utana qeyd etdi ki, mən xalqımızı, ailəmi, müəllimlərimi və xüsusi olaraq başda İntiqam Soltan olmaqla Bakı Uşaq və Gənclər Teatrının bütün kollektivini Novruz bayramı münasibəti ilə təbrik etmək istəyirəm.
Bir də mənə Əli balam adlı şeri yazan Nəsibə xanım İsrafilqızını Azərbaycan respublikasının prezidenti tərəfindən Tərəqqi medalı alması münasibəti ilə təbrik edirəm. Bir də Əsgərov Məhəmməd Rasib oğlunu 20 yaşı olmağı münasibəti ilə ürəkdən təbrik edirəm. Mən Məhəmmədi özümə böyük qardaş bilirəm.
ADINDA MÜBARƏK, ÖZÜNDƏ ƏLİ
Babanın, nənənin tale baharı,
Adında mübarək, özündə, Əli.
Sevinc pöhrə verir, arzu gül açır,
Şirin gülüşündə, sözündə, Əli.
Mışıl-mışıl beşiyində yatırsan,
Kövrək-kövrək addmını atırsan.
Yavaş-yavaş boya başa çatırsan,
Həyat gülümsünür üzündə, Əli.
Qurban olum çəpik çalan əlinə,
Ata-ana xoş kəlmədir dilinə.
Şərəf gətir torpağına, elinə,
Oxunur kamalın gözündə, Əli.
Atan Seymur tumar çəkir, oxşayır,
Anan Dünya səni öpür, qoxlayır.
Gül bənizin günə, aya oxşayır,
Sanki bir mələksən özündə Əli.
Səadətdir ömrün-günün zəmini,
Tanrı qursun nizamını, nəzmini.
Adınla bir hünərini, əzmini,
Yaşat əməlində, izində Əli.
NƏSİBƏ İSRAFİLQIZI
44gün.org ictimai, siyasi və xəbərlər informasiya portalınn rəhbəri və kollekivi də təbriklərə qoşulur və Əli balaya həyatının bütün anları uğurlu olsun deyirik.
VETENİM-AZERBAYCANDIR.AZ