17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
“Co Baydenin qeyri peşəkar mövgeyi və bağışlanmaz tarixi səhvi”.
Vetenim-Azerbaycandir.az
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden 24 aprel tarixli bəyəmnaməsində öz şüursuz çıxışı və qondarma “erməni soyqırımı” ifadəsi ilə öz ermənipərəst mövqeyini ortaya qoydu. Amerika Birləşmiş Ştatlarının demokratiya maskası altında gizlənən iperialist və ikiüzlü siyasətinin bariz nümunəsi olan bu fikir böyük bir qınaq obyektinə çevrilmişdir. Böyük və güçlü dövlət kimi siyasi arenada nifuzunu aşağılamış oldu. Türkiyə daima ədalətli və obyektiv mövqe nümayişi ilə cahanda örnək ölkə olduğunu sübut etmişdir. Danılmaz tarixi faktlar isə onu sübut edir ki, əslində 1915-ci ildə bəd niyyətli mənfur erməni qəsbkarları türklərə və Anadolu müsəlmanlarına qarşı soyqırım qətliyamı həyata keçirmiş və minlərlə günahsız insanların həyatını alt üst etmişdirlər. Tarixin başqa bir sübutu isə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım dir. Hansı ki, 30 mart və 3 aprel tarixləri arasında Bakıda ve Bakı Quberniyasının müxtəlif bolgələrində, Şamaxı, Hacıqabul, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Xaçmaz və xüsusilə Qubada dəhşətli kütləvi qırğınlar törətmiş üzdəniraq düşmənlərimiz 13 minə yaxın insanı gözlə görüləcək şəkildə öldürmüş, minlərlə insan isə bu hadisələrdə itkin düşmüşdür. Və ən nəhayət 1992-ci ildə bütün dünyanın nəzər və diqqəti önündə “Xocalı” soyqırımını törədiblər. Bütün bunları xatırlatmaqda əsl məramım əyər Bayden soyqırım aktına biganə qala bilməyən biridirsə ilk olaraq ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi genosid aktlarının adlarını sadalamalıydı. Lakin, cox qəribə bir yaddaşsızlıq nümayiş etdirərək öz geyri peşəkar düşüncəsini və oğru siyasətini ortaya qoymuş oldu. Hamıya məlumdur ki, Co Baydenin bu hərəkəti Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir və buda hər kəsə bəllidir ki, Türkiyə bu siyasi riyakarlığa və qeyri- səmimiliyə biganə qalmayacaq və özünəməxsus şəkildə mövqe nümayiş etdirəcəkdir. Biz də Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyəmizin yanındayıq, onun mövqeyini dəstəkləyir və daima birlik nümayiş etdirməyə hazırıq. 44 günlük Böyük Vətən savaşı bir daha bu birliyin təcəssümü oldu. 30 il azərbaycan torpağlarını zəbt edən faşist xislətli erməni siyasətinə göz yuman bir çox cahan dövlətləri sırasında məhz ilk olaraq Azərbaycana qucaq açan, mənəvi dəstək olan qardaş Türkiyə Respublikası oldu. Tariximizə ekskursiya etsək görərik ki, bu tendensiya hələ uzaq keçmişdən bu tərəfə əsrlərlə yol gəlmişdir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu daha möhkəm və güçlü olmalıdır və olacaqdır. Biz gənclər ordusu olaraq ölkədə gedən iqtisadi,siyasi, sosial hadisələrə öz münasibətimizi bildirməklə sübut etmək istəyirik ki, bizlər də öz baxış müstəvimizdə bütün bu hadisələri marağla izləyir və obyektiv qiymətləndirmələr aparırıq. Hər zaman qardaş Türkiyəni dəstəkləyir və birlik nümayişi etməyə hazırıq. Nəhayət Şirinova. YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini. ADPU Quba filialının əməkdaşı.