Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakı şəhəri Nərimanov rayonu 36 nömrəli tam orta məktəbdə Şəhid Emil Əliyevin anım tədbiri keçirilmişdir.

Bakı şəhəri Nərimanov rayonu 36 nömrəli tam orta  məktəbdə Şəhid Emil Əliyevin anım tədbiri keçirilmişdir.
30-11-2022, 09:21 403 dəfə baxılıb


Bakı şəhəri Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta  məktəbdə Şəhid Mayor Emil Əliyevin şəhadət zirvəsinə ucalmağınln  il dönümü münasibəti ilə anım tədbiri keçirilmişdir. 
Tədbirdə məktəb rəhbərliyi, müəllim şagird heyəti, Şəhid Mayor Emil Əliyevin ailə üzvləri, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak edirdi. Qonağlar sırasında Sahibkar Qadınlar İctimai Birliyinin üzvü Könül Verdiyeva da iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülnarə xanım Cəfərova açaraq qəhrəman eloğlumuzun həyat yolu və hərb yolu haqqında danışmışdır. 
 Gülnarə xanım çox acı olsa da da geyd etdi ki, Şəhidimizin təhsil aldığı məktəbdə hər zaman onun xatirəsi əziz tutulur. Emilin zamanında oturduğu, dərs aldığı sinifdə isə onun ruhuna hörmət əlaməti olaraq gəhrəmanlıq guşəsi yaradılmışdır. 
Daha sonra söz təşkilatçı müəllimə eyni zamanda da Şəhidimizin xalası Aidə Mahmudovaya verildi. Aidə xanım da çıxışı zamanı qeyd etdi ki, Şəhid Mayor Emil Əliyev
1986-cı il 25 fevral tarixində Naxçıvanda anadan olmuşdur. 4-cü sinifə qədər Naxçıvanda, 1996-cı ildən isə Bakıda 36 saylı məktəbdə təhsil almış, 2008-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 2-ci Qarabağ müharibəsi və ya Vətən müharibəsi adı ilə yadda qalan müharibədə iştirak etmiş, buna görədə 2 müxtəlif medal ilə təltif edilmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə həlak olmuşdur.
Gedişatda söz təşkilatcı,  Uşaq birliynin rəhbəri  Şəfaqət Qələndərovaya və diğər qonağlara verildi. Sonda məktəbin müəlliməsi və eyni zamanda şəhidimizin anası Şəmidə Əliyevada çıxış edərək qonaqlara və tədbir təşkilatçılarına oğlunun əziz xatirəsini əziz tutduğlarına  görə dərin minnətdarlıq etdiyini bildirdi.
 Şəhidimizin ruhuna dualar oxundu. Allah şəhadətini ali etsin Emil Əliyev!
 Əziz xatirən hər birimizin yaddaşlarında yaşayacaqdır. 
Allah rəhmət etsin. 




















Kamran Orucov
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru.
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI