Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əldə olunmuş tarixi Qələbə təkcə torpaqlarımızı deyil, həm də qürurumuzu özümüzə qaytardı.

Əldə olunmuş tarixi Qələbə təkcə torpaqlarımızı deyil, həm də qürurumuzu özümüzə qaytardı.
17-11-2022, 11:12 250 dəfə baxılıb

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Yenilməz Ordumuz tərəfindən 44 gün ərzində 30 il işğal altında olan torpaqlarımız, o cümlədən Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin işğalçılardan azad edilməsindən artıq 2 il keçir. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Mədəniyyət paytaxtımız olan Şuşanın azad olması Ermənistanın kapitulyasiya aktını imzalamasında mühüm rol oynadı. Bu tarixi Qələbədən iki il sonra, Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə ailəsi ilə birlikdə iştirak edən Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, müharibənin son məqsədi məhz Şuşanı işğaldan azad etmək idi. Çünki Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir və Şuşasız bizim qələbəmiz tam ola bilməzdi.
Ölkə Prezidenti hərçilərimiz qarşısında çıxışında bildirmişdir ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də - müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik.
Dövlətimizin başçısı çıxışında bu məqama xüsusi diqqət göstərərək bildirdi ki, hər dəfə Zəfər Yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər Yolu” adlandırdığımız yol cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq.
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı bir sıra məsələlərə aydınlıq gətirməklə yanaşı, eyni zamanda Ermənistanda olan revanşist qüvvələrə və onların havadarlarına əsl mesaj idi. 44 gün davam edən Vətən müharibəsində ədalət təmin edildi, beynəlxalq hüququn rəsmən tanıdığı tarixi torpaqlarımız öz azadlığına qovuşdu. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə təkcə torpaqlarımızı deyil, həm də qürurumuzu özümüzə qaytardı. Bu qələbə dövlətimizin, xalqımızın və ordumuzun rəşadətini, qətiyyətini və məğrurluğunu bütün dünyaya göstərdi, düşmənlərə və onun havadarlarına əsl dərs oldu. Ali Baş Komandanın dediyi kimi, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri




VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI