Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Binəqədi rayonunda gənclərin iştirakı ilə növbəti maarifləndirici görüş keçirilib

Binəqədi rayonunda gənclərin iştirakı ilə növbəti maarifləndirici görüş keçirilib
17-11-2022, 10:36 250 dəfə baxılıb

Noyabrın 14-də  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin həyata keçirdiyi “NARKOMANIYA -  Dünyamızı qaraldan ağ ölüm!” layihəsi çərçivəsində Bakı şəhərinin Binəqədi rayonunda növbəti  maarifləndirici görüşünü keçirdi. Tədbiri “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin layihə rəhbəri Amil Məmmədov açaraq iştirakçıları salamladıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edil. Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən norkomaniyadan uzaq durmalarının vacibliyindən danışan Amil Məmmədov bildirdi ki, ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Ona görə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyyə vəsaiti ilə həyata keçrilən bu qəbildən olan  layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazımdır. Sonra söz Binəqədi rayonu icra hakimiyətinin məsul əməkdaşı İlqar Pənahova verildi. Narkomaniya ilə mübarizənin vacibliyindən danışan  İlqar Pənahov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək qeyd etdi ki, Binəqədi rayonu narkomaniya ilə mübarizədə respublikamızın ən qabaqcıl rayonlarından biridir. Rayon rəhbərliyi gənc nəslin sağlam, milli və vətənpərvər ruhda böyüməsi üçün dövlət başçısının müəyyən etdiyi siyasəti uğurla həyata keçirir. Daha sonra çıxış edən layihənin eksperti Taleh Əliyev bildirdi ki, dünyada və ölkəmizdə norkomaniya ilə mübarizə ildən ilə genişlənsədə təssüflər olsun ki, bu bəlanın qarşısını tam olaraq almaq mümkün deyil. Ona görədə həm rəsmi sturukturlar vasitəsilə həm də vətəndaş cəmiyyəti xətti ilə hər il norkamaniyaya qarşı müxtəlif tədbirlər həyata keçrilir. Xususilədə gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəlada uzaq tutmaqdır.Tədbir zamanı gənclərə maarifləndirici bukletlər paylanıldı.  
Xatırladaq ki, iki ay müddətinə icra olunacaq layihə çərçivəsində Bakı şəhərin Xəzər, Sabunçu, Suraxanı, Binəqədi, Qaradağ və Yasamal rayonlarında yaşayan bir qrup yeniyetmən və gənclər arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən "ağ ölümün" gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadlar yaradacağını gənclərə çatdırılacaqdır.










VETENİM-AZƏRBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI