20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Paşinyan Kremlin əsas iki adamını "VURDU" - Rusiya qisasını Bakıdan alacaq?
Brüssel danışıqları, ardınca Praqa danışıqları baş tutsa da, Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməməkdə qərarlıdır və bu işdə ona dəstək verən böyük güclərin iştirakı göz önündədir.
Buna misal olaraq Fransa prezidentinin qərəzli, qatı ermənipərəst bəyanatları, ardınca İranın ortalığa atılaraq faktiki olaraq Azərbaycanın Ermənistandan üzərinə götürdüyü öhdəlikləri tələb etməsinə açıq maneə törətmək cəhdləri və Rusiyanın üçtərəfli bəyanatın əsas tərəfindən biri olmasına baxmayaraq, bu məsələdə Ermənistanı konstruktiv addımlardan yayındırmaq cəhdləri müxtəlif sferalarda aydın sezilir.
Təbii ki, hər birinin öz marağı, öz istəyi var. Onların heç birini Ermənistanın gələcək taleyi maraqlandırmır, yaxud da bunu belə deyə bilərik, Ermənistanın taleyi həmin güclərin dişinin altındadır. Xüsusilə Ermənistan-Azərbaycan məsələsində Qərbin, Amerikanın son fəallıqları Rusiyanın proseslərdən kənarda qalmasına, onun regiondan sıxışdırılıb çıxarılmasına hesablanıb. Rusiya da Cənubi Qafqazda öz mövqeyini itirmə təhlükəsinə duyuq düşüb.
Bunu yaxşı dərk edən rəsmi Moskva isə baxmayaraq ki, Ukrayna ilə aylardır davam edən müharibədə heç də xoş günlərini yaşamır, amma regiondakı yerini itirməyi də gözə almaq niyyətini gizlətmir.
Elə bunun üçün də Rusiya gah Qarabağın dağlıq hissəsində sülhməramlılarının müvəqqəti nəzarət zonası hesab edilən ərazilərdəki ermənilərə təxribatlar törətmək üçün münbit şərait yaradır, qondarma rejim qalıqlarının orada istədikləri şəkildə istədikləri özbaşınalığı etmələrinə imkan verir (necə ki, Azərbaycanın Laçın dəhlizinə alternativ olaraq çəkdiyi yeni yolla Ermənistandan Qarabağa mina daşınması üçün fürsət yaradırlar), gah da dövlət televiziya kanalları vasitəsilə Qarabağdakı separatçı quruma öz dəstəyini nümayiş etdirərək, təxribatçı verilişlərlə Azərbaycan-Ermənistan "münaqişəsini" yenidən alovlandırmağa, ermənilərin Qarabağla bağlı ərazi iddialarını gücləndirməyə rəvac verən süjetlər, reportajlar hazırlayırlar, efirlərə ermənipərəst ekspertləri, qatı erməni radikallarını çıxararaq sülh danışıqlarına xələl gətirəcək destruktiv bəyanatların artması məqsədilə əlindən gələni edir.
Nəzər yetirsək görərik ki, bütün bu fəaliyyətlər xüsusilə son günlər daha intensiv xarakter alıb. MDB dövlət başçılarının Astana Sammitindən sonra Azərbaycan və Ermənistan dövlət başçılarını bir araya gətirmək barədə təşəbbüslə çıxış edən Rusiya Nikol Paşinyanı Qərbin tələb və istəklərindən çıxış etməsi üçün zamanının bitdiyi mesajını vermiş oldu. Bu gün də elan edildiyi kimi artıq bu ayın 31-də Soçidə Vladimir Putinin vasitəçiliyi ilə Əliyev və Paşinyanın növbəti görüşü baş tutacaq.
Bu təşəbbüsün məhz belə bir anda baş verməsi bir daha deməyə əsas yaradır ki, bu, təsadüf deyil. Nəzərə alsaq ki, Praqa görüşü zamanı Avropa İttifaqının siyasi birliyinin genişləndirilmiş zirvə toplantısı keçirildi və orada müəyyən mesajlar Kremlə belə görünür ki, çox təsir edib. Həmin Sammit çərçivəsində Əliyev, Paşinyan, Makron və Şarl Mişelin dördtərəfli görüşündən sonra birgə yekun bəyanat səsləndirildi ki, orada postmüharibə dövründə ilk dəfə qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması ilə bağlı bir bəyanat səsləndirildi. Görünür, Rusiyanı elə həmin görüşdən ən çox narahat edən məsələlərdən biri məhz bununla bağlı idi.
Rusiya XİN başçısının ötən günlər ərzində iki gün ard-arda bununla bağlı bəyanat verməsi də deyilənlərin təsdiqidir. Onun açıqlamasında diqqət çəkən əsas fikirlər:
• Xarici qüvvələrin Moskva ilə İrəvan arasında nifaq cəhdləri Ermənistana bütün təzyiqlərə baxmayaraq, nəticə verməyəcək
• Rusiya Ermənistanla strateji müttəfiqliyi və çoxşaxəli əməkdaşlığı gücləndirmək əzmindədir. ki, bu da bizə xaricdən olan çağırışların birgə öhdəsindən gəlməyə imkan verəcək
• Rusiya və Ermənistan hərbi-siyasi və hərbi-texniki xətt üzrə dialoqu inkişaf etdirir. Ticarət rekord sürətlə böyüyür.
• Nəqliyyat və logistika, infrastruktur, mədənçıxarma, yüksək texnologiyalar sektorlarında ciddi layihələr həyata keçirilir və inkişaf etdirilir
• Onlarla iri rus şirkəti Ermənistan iqtisadiyyatına investisiya yatırmağa davam etməyə hazırdır
• Rusiya Ermənistanın enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi vəzifələrini uğurla həll edəcək
Bu açıqlamaların hər biri açıq konteksdə onu ifadə edirdi ki, Qərbin cəhdləri Rusiyanın (sülhməramlı) Cənubi Qafqazdan çıxarılmasına və Ermənistan rıçaqının itirilməsinə yönəlib. Zaxarovanın fikirlərindən belə aydın olur ki, Azərbaycan ərazisində baş verən proseslərə ölüm-qalım məsələsi kimi yanaşır və Ermənistan onların regionda qalması üçün əsas açar ölkə olduğu fikrində qətidirlər.
Ancaq Rusiyanın regionda qalmaq üçün İrəvanla şərtləri Azərbaycanın ərazi bütövlüyünə təhdiddən, suverenliyinə hörmətsizlikdən keçməkdə davam edəcək kimi görünür.
Bu səbəbdən də 5 gün sonra Soçidə nəzərdə tutulan üçtərəfli görüş bundan sonrakı proseslərin hansı istiqamətdə cərəyan edəcəyi məsələsinə də böyük mənada aydınlıq gətirəcək. Rusiya istəyəcək asta-asta Qərbə doğru meyl edən Paşinyanı ram eləsin, Azərbaycan isə region və bölgə üçün ən uyğun olan 5 maddəlik sülh paketində də dəstəklənən, üştərəfli bəyanatla nəzərdə tutualn müddəlarla bağlı müsbət nəticələrə vararaq masadan ayrılsın.
Zaxarovanın fikirlərinə əsaslansaq, Kreml rəhbərinin Paşinyanla görüşü bu zamana kimi olan görüşlərdən tamamilə fərqlənəcək. Əgər bu zamana kimi Putin erməni baş nazirə daha çox qulaqburması verməsi ilə diqqət mərkəzinə düşürdüsə, bu dəfə Kreml rəhbəri Paşinyanın başına sığal çəkərək ona Qərbə yönəlməyin Ermənistan üçün katostrofik səhv olacağını izah edəcəyi istisna edilmir.
Biz Ermənistan hakimiyyətinin qatı, radikal ermənipərəst olan Zatulin və Simonyanın ölkəyə girişinə qadağa qoyması qərarına nəzər yetirsək, nə vaxtsa rəsmi İrəvanın belə bir addım atacağı heç kimə inandırıcı gəlməzdi. Belə görünür, bu qərar rəsmi Moskva üçün də çox gözlənilməz oldu.
Bununla Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina etdiyindən xəbər verir. Paşinyan bu addımla siyasi oriyentasiyasını tamamilə Qərbə çevirdiyini elan etdi ki, M.Zaxarovanın bəyanatlarında Kremli də ən çox narahat edən məsələnin məhz bu hadisələrdən qaynaqlandığı açıq sezilir. Ona görə də Soçi görüşü Rusiya üçün C.Qafqaz regionundakı taleyi ilə bağlı həyati əhəmiyyət kəsb edə bilər.
Əslində 2020-ci ilin 44 günlük müharibəsindən sonrakı proseslərə diqqət yetirsək görərik ki, Rusiya hiss edəndə ki, Azərbaycan-Ermənistan postkonflikt mərhələsində aktivlik göstərir və bu məsələdə digər aktorların rolu əhəmiyyətli dərəcədə hiss edilir, o zaman qabaqlayıcı tədbirlər görməyə çalışır.
Qərbin bölgədəki Rusiyanın rolunu əlindən almaq cəhdini kompensasiya etməyə çalışan rəsmi Moskva öz dominantlığını sübut etmək üçün yeni bir platforma yaratmaq cəhdi ilə çıxış da edə bilər ki, hadisələrin dinamikasını özü təyin etsin. Nəzərdə tutulan Soçi görüşü Rusiya üçün bu baxımdan yeni nələrsə vəd etmir. Əslində Rusiya bu görüşlə heç Azərbaycana da yeni nəsə vəd etməyəcək. Çünki aradan 2 il keçməsinə baxmayaraq ortada hələ də günü-gündən İranla Azərbaycan arasında qalmaqalı böyüyən Zəngəzur dəhlizi məsələsi qalmaqdadır ki, Moskva bu məsələylə bağlı istər Ermənistana, istərsə də İrana hər hansı bir təzyiq göstərmək niyyətində görünmür. Odur ki, Azərbaycan üçün bu görüş ilin sonuna proqnozlaşdırılan sülh müqaviləsi ilə bağlı İrəvanın hansı niyyətdə olduğunu, nə düşündüyünü öyrənmək baxımından kəşfiyyat xarakterli də ola bilər.
Gürcüstanla diplomatik münasibətləri olmayan Rusiya üçün müstəqil siyasət yürüdən Azərbaycanın maraqlarına cavab verməkdənsə, heç zaman müstəqil siyasəti olmayan, regionda hər zaman forpostu olan və Cənubi Qafqazda bir dövlət kimi Rusiyanın layihəsi olan Ermənistanı əlində saxlamaq variantı ilə regionda mövcudluğunu qoruyub saxlamağın ən optimal seçim olduğunu düşündüyü şübhə doğurmur. Bu səbəbdən də Moskvadan bu mənada sülh, əməkdaşlıq mühiti formalaşdırması inandırıcı görünmür. Bunun üçün ilk növbədə Rusiyanın Ermənistanın götürdüyü öhdəlikləri icra edəcəyi məsələsində qarant dayandığı 10 noyabr üçtərəfli bəyanatının əsas müddəaları, demək olar ki, heç biri bu günə kimi icra edilməyərək qalıb.
Bu isə Azərbaycana qarşı ərazi iddiasının qalması, Azərbaycanın suverenliyinə təhdidlərin davam etməsi anlamına gəlir. Rusiya Qarabağdakı separatçı rejim rəhbərliyindəki hərbi cinayətkarlar vasitəsilə bölgədəki gərgin vəziyyətin saxlanılmasında maraqlıdır. Onun üçün qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması sülhməramlıların bölgəni tərk etməsi və nəticədə sözügedən ərazilərin Azərbaycanın yuridiksiyasına verilməsi deməkdir.
Rusiya yenə bu regionu öz təsir dairəsində saxlamaq üçün ənənəvi "silahından" istifadə edəcək. Amma Bakı da geri addım atmaq fikrində deyil. Xüsusilə bu məsələdə İlham Əlyevin fikirlərinə Türkiyədən verilən diplomatik dəstək, səsləndirilən bəyanatlar deməyə ümid yaradır ki, Moskvanın və Qərbin edə bilməyəcəyini Azərbaycan yenidən öz ordusunun gücü hesabına etmək iqtidarındadır və bu variantı yenidən gözdən keçirə bilər.
Təhməz Əsədov
VETENİM-AZƏRBAYCANDIR.AZ