17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Toylarla bağlı əhaliyə BÖYÜK MÜJDƏ: İcazə veriləcək ki... - Deputat ELAN ETDİ
Koronavirus pandemiyası dövründə cəmiyyəti maraqlandıran ən böyük suallardan biri toyların keçirilməsinə nə zaman icazə veriləcəyi ilə bağlıdır. Bəllidir ki, koronavirus kütləvi tədbirlərdə sürətlə yayıldığı üçün indiki şəraitdə ənənəvi toyların keçirlməsi təhlükəlidir. Lakin bəzi vətəndaşlar bu təhlükəni heçə sayaraq icazəsiz məclislər keçirir və bir çox hallarda toy polis bölməsində başa çatır. Cəmiyyətdə toyların müəyyən şərtlər daxilində keçirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, Milli Məclisin deputatı Afət Həsənova da Trend-ə açıqlamasında toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilməsini məqsədəuyğun hesab edir: “Bu məsələ bu gün çox aktualdır. Bununla bağlı görüşlərimizdə də əhali tərəfindən çoxlu suallar verilir. Baxmayaraq ki pandemiya dalğavari şəkildə davam edir, gah artır, gah azalır, fikrimcə, müəyyən şərtlər daxilində toyların keçirilməsinə icazə verilə bilər.
Bu şərtlər Operativ Qərargah tərəfindən konkret işlənib hazırlansa, təqdim olunsa, insanlar da həmin tələblər daxilində övladlarına toy edə bilərlər. Bu şərtlər nədən ibarət ola bilər? Əvvəlki kimi çoxsaylı, yəni 300-500 nəfərlik toyların keçirilməsi bu gün məqsədəuyğun deyil. İkincisi hesab edirəm ki, qarşıdan yayın gəlməsini nəzərə alaraq toyların açıq havada keçirilməsi daha məqbul olar. Həm Bakıda, həm də rayonlarda açıq toy mərasimlərinin keçirilməsinə imkan var. Yəni belə şəraitdə, müəyyən olunmuş vaxt çərçivəsində toyların keçirilməsi mümkün ola bilər.
İllərlə bu toy arzusu ilə yaşayan valideynlər, ailələr var və biz onları toylardan məhrum edə bilmərik. Bəziləri təklif edir ki, toy mərasimlərini ailə içində qeyd etsinlər və s. Ancaq elə şəkildə qapalı məkanda yoluxma ehtimalı daha çoxdur, nəinki açıq havada. Və yaxud da ki, 500-600 nəfərlik zalda 100-150 nəfərlik, masaları aralı qoymaqla, masa ətrafında insanların ara məsafəsini təmin edilməklə toylar keçirmək mümkün ola bilər. Hətta mən deyərdim ki, rəqs edən insanların da sayını müəyyən etmək olar və bunun da əsas səbəbi insanlar arasında kontaktı minimuma endirməkdir. Belə olduğu halda şadlıq sarayları da açıla bilər ki, bu da öz növbəsində bir çox insanların iş yerlərinin bərpasına, maddi durumlarının yaxşılaşmasına səbəb olar”.
Deputat həmçinin vətəndaşları diqqətli olmağa, karantin qaydalarına ciddi riayət etməyə, vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıb: “Virusun yayılmasının qarşısının alınmasında ən böyük məsuliyyət bizlərin üzərinə düşür. Hər kəs qaydalara riayət etməlidir, vaksinasiya prosesində aktiv iştirak etməlidir. Əgər hər kəs bunlara əməl etsə, inanıram ki, tez bir zamanda biz bu virusa qalib gələ və rahat şəkildə toylarımızı keçirə bilərik”.