Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DAUİB-yi Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləriylə görüşdü-VİDEO-FOTO

DAUİB-yi Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləriylə görüşdü-VİDEO-FOTO
18-04-2021, 23:28 1 213 dəfə baxılıb


Dünya ana və uşaq ictimai birliyi və Vetenim-Azerbaycandir.az  infomasya aqentliyinin bir qurup numayedeləri  Dünyaxanim Əliyeva, Kamran Orucov,Həsənova Billurə Qasımov Aqil,Caniyev Məmmdd,   Balakən  rayonunda Şərif kəndində oldu. Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləriylə görüşdü.Şəhidin anası Nəcməddin haqqinda ürək dolusu təsüratlarını bölüşdürdü.O, oğlunun sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsində bu savaşın ilk günündən vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi.   Sarkayev Nəcməddincanı, qanı ilə yaşadığı torpağa, vətənə bağlı olan bir gənc idi.
Nəcməddin Sarkayev Balakən rayonunun Şərif kəndində anadan olmuşdu. 2006–2017-ci illərdə doğma kəndlərində şəhid N.Davudov adına 1 saylı tam orta məktəbdə təhsil almışdı. Ailədəki üç övladdan evin sonbeşiyi olan Nəcməddin 2017–2019-cu illərdə Tərtər rayonunda N saylı hərbi hissədə hərbi xidmət keçmişdi. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı iri ticarət mərkəzlərindən birinin təhlükəsizliyini təmin edən “Sabit Mühafizə Xidməti” MMC-də mühafizəçi olaraq işləyən Nəcməddin kollektiv arasında səmimiyyəti, mehribançılığı və işgüzarlığına görə hər kəsin hörmətini qazanmışdı.
Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yola düşdü. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Nəcməddin Sarkayev doğulduğu Balakən rayonuna şəhid kimi qayıtdı.
Sonra müəllimi Caniyev Məmməd  Nəcməddin Sarkayev haqqinda xoş sözlərini söylədi. Nəcməddin artıq doğma kəndinin, rayonunun deyil, bütün Azərbaycanın qəhrəman oğludur. Onun əziz xatirəsi daim ehtiramla yad ediləcək.
Ordumuz qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın  qəhrəmanlarıdır.
Nəcməddin Sarkayev yağı düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün ruhu şaddır. Çünki uğrunda canını verdiyi yurd yerlərimiz azaddır.
Vətən torpağı şəhidləri ilə ucalır. Allah rəhmət etsin!
Dunyaxeber.com Şəhid anasının vidosunu təqdim edir.
Baş redaktor Kamran Orucov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI