Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DOĞUM GÜNÜNDƏ ŞƏHİD OLAN NƏCMƏDDİN

DOĞUM GÜNÜNDƏ ŞƏHİD OLAN NƏCMƏDDİN
13-04-2021, 20:27 262 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az
30 il idi Qarabağ hər birimiz üçün qara düyünə düşmüşdü. Kimsə bu düyünün nə vaxt açılmasına inana bilmirdi. Hər gələn yeni il, hər il qarşıladığımız Bahar Bayramı sanki bizi qınayır və deyirdi: “Qarabağsız Azərbaycan ola bilməz!”
İllər illəri qovur, yeni dünyaya gələn körpələr də dil açanda Qarabağ deyirdi.
Hər birimiz çox gözəl bilirik ki, Respublikamızda ləzgi, tat, talış, avar, rus, gürcü və s. qeyri millətlər yaşayır və onlar Azərbaýcanın əbədi və doğma sakinləridir. Qarabağ onların da qəlbində qara yaraya çevrilibdir. Qarabağ onlar üçün də doğma yurd yeri qədər əzizdir. Hətta onların da övladları Qarabağın adı çəkiləndə bir yumruq kimi birləşirlər. Lazım gəlsə gözlərini qırpmadan şəhid də olurlar.
Belə ailələrdən biri də, Balakən rayonunun Şərik kənd sakini, Avar xalqının ziyalı nümayəndəsi, 38 il ibtidai sinif müəllimi işləmiş şəhid anası Sakayeva Tinay müəllimənin, oğlu Nəcməddin haqqında dedikləri:
Oğlum Sakayev Nəcməddin Əli oğlu 1999-cu ilin 29 sentyabrında anadan olmuşdu. Orta məktəbi bitirib hərbi xidmətə yola düşdü. Bir neçə ay idi ki xidmət edirdi. Kəşfiyyatçı kimi özünü tez bir zamanda sevdirmişdi. Hətta bir neçə dəfə zəng edib bildirdi ki, xidməti başa vurub burada qalmaq isyirəm.
Nəcməddin evimin sonbeşiyi idi, amma ərköyün deyildi. Ən çətin işləri sevərək görərdi. Biz onun hünərinə bələd olsaq da razılıq vermədik. Düşündük ki, xidmətini başa vursun, sonra ümumi bir qərara gələrik.
Məlum məsəlidir ki, azğınlaşmış ermənilər dinc durmur, Tovuzu da durmadan müxtəlif top atəşinə tuturdular. Belə bir vəziyyətdə Azərbaycan generalı Polad Həşimovun şəhid olması, oğlum Nəcməddinə ağır təsir etdi. Nəhayət Ali Baş Komandan İlham Əliyev cənabları dəmir yumruğunu masaya vurdu və dedi: Qarabağ Azərbaycandır!
Nəcməddin biŕ neçə ay idi ki Sədərək ticarət mərkəzində mühafizəçi işləyirdi. Sentyabrın 21-də tələsik evə gəldi və bildirdi ki artıq hərbiçi kimi işə qəbul olmaq üçün rayon hərbi komisarlığında bəzi sənədlərə imza atmağa gəlib. Bizimlə hal-əhval tutandan sonra tələsik hərbi komisarlığa getdi. O gediş balamın son gedişi oldu. N saylı hərbi hissədə bir həftə təlim keçəndən sonra döyüş bölgəsinə göndərilir.
Sentyabrın 29-da yaralanır. Yaralı balam itkin düşür. O gün mən bala deyib fəryad etdim. Müraciət etmədiyim yer qalmadı. Bu müddət ərzində “Ana və Poçtalyon” poemasındakı ana kimi gözüm yolda, qulağım səsdə qaldı. Nəhayət noyabrın 6-da oğlum Nəcməddinin üç rəngli bayrağa bükülmüş nəşini gətirdilər.
O günü mən heç bir anaya arzu etmirəm. O gün canımdan can qopdu, o gün ciyərparəm məni gözü yaşlı qoydu. Beş aydır, balama həsrət yaşayıram. Balamla son kərə sentyabrın 28-də danışmışdım. Səsi hələ də qulaqlarımdadır. Allahın yazısına bir baxın. Bu dərdə mən ana necə dözüm. Balam doğum günündə də şəhid olubdur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI