Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Cəbrayıldan başlayan Böyük Qayıdış!

Cəbrayıldan başlayan Böyük Qayıdış!
3-10-2022, 12:25 227 dəfə baxılıb

Hamıya bəllidir ki, mən Qarabağlı deyiləm amma o torpağları canımla qanımla sevən öyrənən, fauna və florasını, coğrafiyasını, toponimləri araşdıran biriyəm. Sizə deyim ki, acı da olsa həqiqətə çevrilən bir məqam var. Biz artıq 30 il işqal altında olan torpağlarımızı Şəhid taleləri ilə birgə araşdırırıq. Bəli elə məhz o məkanlardan biri olan doğma Cəbrayıl torpağları da bu qəbildəndir. Yaşadığım Quba rayonundan da Cəbrayıl istigamətində can qoyan Vətən mücahidlərimiziz var, hərdən düşünürəm onlar daha cox yaxın etdi bizi Qarabağımıza, Şuşamızda, Cəbrayılımıza və diqər cənnət məkanlarınımza.
Cəbrayıl! 27 il taleyinə həsrət yazılan bir diyar! 
Qısa bir arayış verim:-Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi. 
Əfsuslar olsun ki, bu gözəllik erməni vandalizmi tərəfindən bərbad günə qoyuldu, və uzun illər talana məruz qaldı. 
Acgöz erməni xilqəti digər rayonlarımız kimi Cəbrayıkda da öz murdar niyyətlərini həyata keçirirdilər. 
İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Yalnız və yalnız ogru xilqətə məxsus olan tayfa büuna imza ata bilərdi. Necə ki bunu etdilər.
Azərbaycanın qüdrətli Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və uğurlu siyasəti və illərlə hələ binası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan güçlü, Müzəffər Azərbaycan Ordusu ilə birlikdə acılara xatırlatdığımız və ayrılmaz hissələrimiz olan Vətən torpağlarını azad etməyə müəssər oldu və bu gün bu torpağlar azaddır, yenidən gurulur, yaradılır, yeni nəfəs verilir.
Bu gün Cəbrayıkda da görülən yenidənqurma işləri düşmənə göz dağıdır. 
Ölkə başçımızın Cəbrayılda hər səfəri böyük layihələrin icrası və reallaşması ilə yadda qalır. 
Bu statistikanın qısa arayışını sizə təqdim edirəm:
16.11.2020 ci il:
Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması, 
 Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması. 
İşğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya baxış. 
Dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış.
14.02.2021-ci il:
Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq.
26.04.2021-ci il:
Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış. 
Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş.
04.10.2021-ci il. 
“KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi. 
Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi. 
“Cəbrayıl” yarımstansiyanın açılışı. 
Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı. 
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi. 
Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi. 
 Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi. 
Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi.insallah bu sıralama artan sıra ilə davam edəcəkdir.
Cəbrayıl azaddır, və tezliklə öz sakinlərini tam olaraq öz qoynuna alacaqdır.
Allah Azərbaycanımızı qorusun!

Nəhayət Şirinova.
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır.az və ONDER.TV.ORQ xəbərlər informasiya portallarının redaktoru


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI