Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mehriban Məhərrəmovanın şəhidlərin xatirəsinə həsr etdiyi "Qəzəl"

Mehriban Məhərrəmovanın şəhidlərin xatirəsinə həsr etdiyi "Qəzəl"
18-09-2022, 23:09 648 dəfə baxılıb

Qəlbi dağlı şəhid Analarımızın, Sinəsi dağlı, ocağı sönmuş qız -gəlinlərimizin, başsız qalan şəhid övladlarının, günlərdir gözlərində göz yaşları donub qalan, övlad dağı ilə yanıb yaxılan şəhid atalarının adına...Sizin acınız bütün xalqımızın acısı, kədəri, faciəsidir...Mən bir Azərbaycan yazıçısı olaraq bu qəzəlimlə şəhid məzarları qarşısında, şəhid Ana-bacilari qarşısında baş əyirəm ALLAH bütün şəhidlərimizə rəhmət eləsin 🥀🥀
Mehriban Məhərrəmovanın şəhidlərin xatirəsinə həsr etdiyi "Qəzəl"
***Qəzəl***
İstiyərdim səni hər vaxtı bu dünyadə görüm
İndi arzu edirəm ki, səni röyadə görüm
***********
Yığıram göz önünə, hər nə qədər  xatirə var
İltimas eyləyirəm ki, səni xülyadə görum
************
Təki mən sənlə olum, hansı məkan, yox fərqi
Ya səni seyri gülüstanda ya səhradə görüm..
**************O gözəl ay üzünün nuru yadımdan çıxmaz
Necə sən sadə idin, orda yenə sadə görüm..
*************
Ay kimi nur çilərdi mənə, hər gün ruyin
Var ümidim ki səni, Cənnəti mə'vadə görüm..
*************
Gece gündüz əl açıb Allaha mən yalvarıram
Bəlkə, rüxsaruvu son dəf'ə mən üqbadə görüm..
************
Mehribanın qəzəlin sən qulaq as, diqqət elə
Oxusun qoy oxuyanlar, səni mə'nadə görüm..

MEHRİBAN M.ƏKBƏR

VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI