Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"nün qeyd olunması ilə əlaqədar gənclərin İştirakı ilə "Gəncliyimizi və gələcəyimizi qoruyaq" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

"26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"nün qeyd olunması ilə əlaqədar gənclərin İştirakı ilə "Gəncliyimizi və gələcəyimizi qoruyaq" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
24-06-2022, 18:07 256 dəfə baxılıb

24 iyun 2022-ci il tarixdə Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"nün qeyd olunması ilə əlaqədar gənclərin İştirakı ilə "Gəncliyimizi və gələcəyimizi qoruyaq" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi "Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair
2019-2024-cü illər üçün Dövlət Proqramından irəli gələn
vəzifələrin icrasının təmin olunması, gənc nəslin
narkomaniya və psixotrop maddələrin zərərli təsirləri
barədə maarifləndirilməsi, onlar arasında narkotik
vasitələrin yayılmasının qarşısının alınması və sağlam
həyat tərzinin təbliğ edilməsi olmuşdur.

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mübariz Bəşirov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, rayon Polis Şöbəsinin məsul Əməkdaşı Rövşən Ələkbərov və "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun, "Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri Günay Atayeva iştirak etmişdilər.

Tədbir çıxışçıları gənclərə yüksək təhsil almaqları, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərdə çevrilmələri tövsiyyə etdi.

Sonda videoçarx nümayişi və sərgiyə baxış keçirilmişdir.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI