18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Elçin Quliyevin sözünü deyən kimdir?
Vətən müharibəsində olduğu kimi, şanlı zəfərdən sonra da sosial şəbəkələrdə müəyyən dezinformasiyalar, yanlış məlumatlar yayılır. Sözsüz ki, belə durumda ictimaiyyətin mətbuatdan gözləntiləri böyükdür. Yalnız media orqanları araşdırmalar, rəsmi sorğular nəticəsində bu dezinformasiyaların qarşısını ala bilər.
“Vetenim-Azerbaycandir.az” xəbər verir ki, bu, heç də hər zaman alınmır. Düzdür, demək olar ki, əksər dövlət qurumları qısa müddət ərzində mətbuatın onlara göndərdiyi sorğuları cavablayırlar. Amma məsələyə laqeyd yanaşanlar da var. Bu siyahıya Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin başçılıq etdiyini desək, heç də yanılmarıq.
Təəssüflər olsun ki, belə həssas məqamda DSX-nin mətbuat üzrə rəsmisini tapmaq səhrada su tapmaq qədər çətin, hətta mümkünsüzdür.
Misal olaraq, cari il fevralın 26-da Qubadlıda DSX-nin 4 hərbçisi minaya düşüb. Onlardan ikisi ağır yaralanıb. Ağır yaralılardan birinin bir, digərinin isə iki ayağı amputasiya olunub. Və yenə təəssüflə qeyd etməliyik ki, məlumatı DSX-dən dəqiqləşdirmək, ən azından belə hadisənin olub-olmadığına dair suala cavab tapmaq mümkünsüz olub.
Son günlərdə DSX-də hərbi xidmət keçən daha bir əsgər - İsmayılov Əlinin şəhid olması ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb. Əsgərimizin dəfn mərasimindən fotolar da var. Bəzi sosial şəbəkə istifadəçiləri iddia edir ki, əsgərimiz erməni snayperinin açdığı atəş nəticəsində şəhid olub. Məsələ ilə bağlı DSX-dən məlumat əldə etməyə çalışsaq da, bir həftədir ki, bu mümkün olmayıb. General-polkovnik Elçin Quliyevin rəhbəri olduğu qurumun mətbuat sözçüsü media ilə qarşısına böyük bir sədd çəkib desək, yəqin ki, yanılmarıq.
DSX-nin mətbuat şöbəsinin belə məsuliyyətsizliyi, susqunluğu və əlçatan olmaması dezinformasiyaların daha da geniş yayılması ilə nəticələnir. Hadisə ilə bağlı rəsmi cavab olmadığı üçün müəyyən fərziyyələr hələ də yayılmaqda davam edir.
Maraq üçün bildirək ki, DSX-nin mətbuat katibi Maya Şərifovadır. Amma "Maya xanımla necə əlaqə yaratmaq lazımdır?" sualının cavabı da hamı üçün maraqlıdır.
DSX bu məsələdə Müdafiə Nazirliyindən nümunə götürsə, yaxşı olar. Hər halda MN-nin mətbuat şöbəsinin əməkdaşları ilə günün istənilən saatında, hətta gecə də əlaqə saxlayıb hansısa məsələyə münasibət öyrənmək olur. DSX-nin isə susqunluğunun nə vaxta qədər davam edəcəyini heç Vanqa da bilmir. Yaxşı olardı ki, Elçin Quliyev Şuşada sərhəd zastavası açmaqla bağlı fikrə düşməzdən əvvəl, bu problemin həllinə çalışardı. Mətbuat da bilərdi ki, Elçin Quliyevin sözçüsü, onun sözünü deyən var...