Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhid ailələrinin İcra başçısına etirazı - VİDEO

Şəhid ailələrinin İcra başçısına etirazı - VİDEO
6-04-2021, 00:06 250 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az


Bu gün Xocavənd rayonunun Qaradağlı kəndində yaşayan bir qrup şəhid ailələri DogruXeber.az İnformasiya agentliyinin təşkilatçılığı ilə mətbuat konfransı keçirib.
Konfransda 84 şəhid ailəsi adından iştirak edən
İmanov Məğrur Kərəm oğlu,
Hüseynov Məntiyyət Arazxan oğlu,
Məmmədov Rüzgar Tohid oğlu,
Əliyev Rasif Məhərrəm oğlu,
Rüstəmov Xaliq Gülüm oğlu və Quliyev Rafiq Əlastan oğlu Xocavənd rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun onlara məxsus "Nərgiztəpə" adlanan ərazidə yerləşən 5000 ha pay torpaq sahəsini mənimsəməsi barədə iddialar irəli sürüblər.
Həmçinin sakinlər bildirirlər ki, kənd sakinlərinin öz büdcələri hesabına şəhid abidəsi inşa etdirmək üçün belə İcra Hakimiyyəti 1 sot torpaq sahəsi ayırmayıb.
Daha sonra Şəhid ailələri rayonda özünə və qohumları adına külli miqdarda sərvət toplayan İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov tərəfindən hüquqlarının tanınmaması, dəfələrlə onlara qarşı hörmətsizliklərlə üzləşdiklərini də dilə gətiriblər.
Sözügedən mətbuat konfransında olan müzakirələrin təfərrüatları növbəti yayımlarımızda saytımızda dərc ediləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI