Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

12 mart şəhid Rüfət Mustafayevin ad günü idi....

12 mart şəhid Rüfət Mustafayevin ad günü idi....
13-03-2021, 23:36 1 057 dəfə baxılıb

                  Vetenim-Azerbaycandir.az


12 mart əslən Qubadlıdan olsa da, Sumqayıt şəhərində böyüyən Vətən müharibəsində qanıyla tarix yazan şəhidlərimizdən Mustafayev Rüfət Zöhrab oğlunun ad günü idi. Cənnətdə ilk ad gününü qeyd edən Rüfətin xatirəsini yaşatmaq üçün nəşr olunan şairə Esmira Günəşin "Qəlbimizin zirvəsində yaşayan qəhrəman" kitbının təqdimatı və şəhidimizin oxuduğu məktəbdə ucaldılmış abidəsinin də açılışı məhz həmin gündə oldu. 12 mart səhər saatlarında ilk olaraq Sumqayıt şəhər Şəhidlər Xiyabanına üz tutan şəhidimizin doğmaları, onun məzarını ziyarət etdikdən sonra abidənin açılışı üçün məktəbə yollandılar. Məktəbin həyətində İcra nümayəndələrinin də iştirakı ilə abidənin açılışı oldu. Daha sonra şairə Esmira Günəşin təşkilatçılığı ilə məktəbdə baş tutan tədbirdə şəhidimiz haqqında gediş məlumat verilərək, ona həsr olunan şeirlər söylənildi. Tədbirin xüsusi qonaqlarından biri də bəstəkar Arif Səlimov idi ki, o, da öz növbəsində Esmira Günəşin şəhidimizə həsr etdiyi şeirə bəstələdiyi musiqini pianinoda canlı ifa edərək hər kəsi duyğulandırdı. Tədbirdə şəhidimizin müəllimləri, digər şəhid ailələri, şəhidimizin doğmaları və dostları çıxış edərək onunla bağlı xatirələrindən danışdılar. Tədbir balaca məktəblilərin şəhidimizə həsr onunan şeirə hazırladıqları kompozisiya ilə bitdi. Daha sonra qonaqlar şəhidimiz üçün hazırlanmış ehsan süfrəsinə dəvət olundular. Onu da qeyd edək ki, rəssam Cəmalə Mirzəyeva şəhidimizin rəsmini çəkərək həmin gün ailəsinə hədiyyə etmişdi.
Martın 13-ü Xəzər rayon MKS-NİN təşkilatçılığı ilə şairə Esmira Günəşin şəhid Rüfət Mustafayevin xatirəsinə həsr etdiyi "Qəlbimizin zirvəsində yaşayan qəhrəman" kitabının onlayn Zoom proqramı ilə təqdimatı oldu. Təqdimatda yüzə yaxın izləyici iştirak edirdi. Tək bir şəhidimizin deyil, bir neçə şəhidimizin doğmalarının da, iştirak etdiyi onlayn təqdimat zamanı şəhidimizin evində yaradılan güşələrini, məktəbdəki abidəsini, hətta şəhidlər xiyabanında məzarını belə canlı görüntülərlə hər kəs izləyə bildi. Tədbirdə şəhidimizlə bağlı çıxışlardan əlavə bədii hissədə ona həsr olunan musiqilər, şeirlər səsləndirilərək hər kəsi kövrəltdi. Sonda tədbiri yekunlaşdırmaq üçün söz alan Esmira Günəşin çıxışı ürəkləri parçaladı. O öz çıxış zamanı Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulovaya təşəkkür edərək dedi:
" Rüfət evin tək övladı idi. İndi Rüfətin anasına heç nə təsəlli olmur. Təsəvvür edin ki, mətbəxdə iş görən anda, əl atıb nəyisə tapmır və telefonu götürüb oğluna zəng vurmaq istəyir ki, "bala evə gələndə.... alarsa" və.... birdən yadına düşür ki, oğlu zəngə cavab verməyəcək. Axı onun oğlu cənnətdədir. Həmin an kim yanınada olur bu ananın? Kim silir göz yaşlarını? Bayramlarda döyülən qapısını adi günlərdə kim döyüb deyir ki, ana mən də sənin balanam. Nəyə ehtiyacın var de,  mən edim. Gecələr için-için ağlayanda hansı birimiz bağrımıza basa bilirik ki, şəhid analarını?"
Hər kəsi göz yaşlarına boğan bu kəlmələrlə yekunlaşan tədbir hələ uzun illər yaddaşlardan silinməyəcək. Rüfət və onun kimi igidlərimizin xatirəsini yaşadan hələ çox kitablar yazılacaq.
Ruhun şad olsun, şəhidim!

Bizi İnstagramdan İzləyə bilərsiniz @Vetenim.Azerbaycandir.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI