20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
"Esmira Günəşin"Unutmadıq şəhidim!" kitabı şəhid Əmrah Əkbərovun ailəsinə təhvil verilib
Vetenim-Azerbaycandir.az
"Esmira Günəşin"Unutmadıq şəhidim!" kitabı şəhid Əmrah Əkbərovun ailəsinə təhvil verilib Fevralın 16-sı "Unutmadıq Şəhidim"ll cild kitabımla birlikdə şəhid Əmrah Əkbərovun ailəsini ziyarət etmək üçün Bakının Maştağa qəsəbəsinə yola düşdük. Şəhid Əkbərov Əmrah Şahid oğlu 21 fevral 1998-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə gedib. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta maktəbdə davam etdirib. 2013-cü ildə hamin maktəbi bitirib Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. 2016-cı ildə litseyi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2020-ci ildə hərbi məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. Leytenant rütbəsi alaraq təməl komando kursunu keçmək üçün Xüsusi Təyinatlı Ordu Qüvvələrə ezam olunub. Kursu bitirdikdən sonra 052 saylı hərbi hissədə baş kəşfiyyatçı kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ savaşı başlayanda Əmrah da Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Kəlbəcər, Füzuli va Cəbrayıl rayonları ərazilərinin işğaldan azad olunmasında xüsusi igidliklər göstərib. Əmrah Əkbarov 12 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlər zamanı mühasirəyə düşür. Döyüş yoldaşlarını xilas etmək üçün düşmən səngərinə atılaraq üzərindəki qumbaranı partladır. Düşmən qüvvələrini məhv etməklə qrupu xilas edir. Özü isə qəhrəmancasına şəhid olur. Əmrahın arzusu vətən uğrunda şəhid olmaq idi. Bir dəfə dayısı ona; - "Sani general görmək istəyirəm" - dedikdə, cavabı belə olur:- "Dayı, mən generaldan da böyük zirvəyə qalxacam. O zirvanin adı "Şəhidlik zirvəsidir!". O, bu arzusuna çataraq ən yüksək zirvəyə ucalır. Ölümündən sonra qəhrəmanımız bir neçə medalla təltif olunur. Və ailənin Vətən keşiyi çəkən daha bir mərd oğlu, düşmənlə həm qələmi, həm də siladi ilə mübarizə aparan, ədəbi mühitdən gözlə tanıdığımız şəhidimizin qardaşı Orxan Əkbərovun ailəsini ziyarət edərək, şəhidimiz Əmrah Əkbərov haqqında da yazdığım "Unutmadıq Şəhidim!" kitabını ailəyə şəxsən özüm təhfil vermək istədim. Şəhidimizin anası məni doğma balası kimi qapıda qarşılayıb evlərinə dəvət etdi. Otaqda şəhidimizə həsr olunmuş güşədə şəxsi geyimlərindən tutmuş ona özəl bütün əşyaları yer almışdı. Dolabın üstündə isə fərqli şəkilləri görüb, kimlərə məxsus olduğunu soruşuram. Şəhidimizin anası bildirir ki, Orxanın döyüş yoldaşlarından şəhid olanların şəkilləridir. Can qardaş, şəhid qardaşının cənnət qonşularına da güşədə yer ayırıb. Bir xeyli şəhidimizin anası ilə söhbət edirəm. Uşaqlıqdan yoldaşını itirib, üç oğul balasını təkbaşına böyüdən fədakar ananın ürək yarasına bir də bala dərdi əlavə olunub. Əmrahın şəkillərinə baxdıqca gözləri dolan ana deyir ki, "döyüşlərdə tez-tez əlaqə saxlayardı ki, biz narahat olmayaq. İki qardaş müxtəlif istiqamətlərdə döyüşlərdə olduğundan bir-birini görə bilməyib. O qədər mərd uşaq idi ki, döyüş yoldaşlarını xilas etmək üçün özünü qabağa verib." Ananın hər kəlməsindən qürur hissi cümlələrinə süzülürdü elə bil. Söhbətimiz zamanı öyrəndim ki, oradakı məktəbə heç bir şəhidin adı verilməyib hələ. Mən çox istəyərdim ki, həmin məktəbə dövlətimizin rəhbəri Ali Baş Komandanımız ömrünü Vətən yolunda, onun azadlığına, müdafiəsinə həsr edən qəhrəman şəhidimiz Əmrah Əkbərovun adını versin. Uzun illər, qərinələr keçsə də, şəhidimizin qəhrəmanlıqları unudulmasın. Şəhid Əmrah Əkbərov Dodağının gülüşü, Canımdan can alanım. "Vətən, Vətən"-deyərək Gedib şəhid olanım. Azadlığı gətirdin, Bu torpağa, bu elə. Unutmarıq biz səni Min illər keçsə belə. Sən ananın gözünün, Ağıydın-qarasıydın. Sən də dostların kimi Axı bəy olasıydın. Ay torpağa aşiqim, Şəhadətin mübarək. Vətən oğlu Əmrahım Biz adınla fəxr edək. Esmira Günəş "Unutmaq şəhidim!"layihəsinin rəhbəri Şairə Esmira Günəş