20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Esmira Günəşin "Unutmadıq Şəhidim!" Kitabı şəhid Bilal Qənbərovun ailəsinə təqdim olunub
Vetenım-Azerbaycandir.az
Fevralın 21-i "Unutmadıq Şəhidim" ll cild kitablarımla birlikdə üz tutduq Bayıl qəsəbəsinə, şəhidimiz Bilal Qənbərovun ailəsini ziyarət etdik. Şəhidimizin bacısı Aidə xanım məni qarşılayıb, evə dəvət etdi. Gəlişimdən əvvəlcədən xəbərdar olan ailə üzvləri yolumu gözləyirdi. Şəhidimizin anası məni qucaqlayıb bağrına basdı. Ailədə elə doğma münasibiət gördüm ki, sanki illərdi tanıdığım ailənin qonağı idim. Halbuki ilk dəfə idi, bir-birimizi görürdük. Şəhidimiz Bilal Qənbərov haqqında yazımın yer aldığı kitabımı təhvil verərkən şəhidimizin anası dedi ki, "gecə yuxuda Bilalı görmüşəm. Uzun müddətdən sonra ilk dəfə yuxuma gəlmişdi." Bu kəlmələr məni çox duyğulandırdı. Niyə məhz bu gecə? Kitabının yola düşəcəyini bildiyi üçünmü gəlmişdi anasının yuxusuna?
Can qardaşım, səni görməsəm də, doğmasan mənə. Səsini duymasam da, əzizsən mənə. Bu elə bir sevgidir ki, bütün sevgilərdən üstün, ən uca zirvənin sahibisən sən. Bacılarının göz yaşından süzülüb, səni tanımadan sevənlərin qəlbinə dolan Bilal kəlməsisən sən. Xatirələrini xatırladıqca ananın qəlbini sızladan, yoxluğunla barışa bilməyən bir ailənin göz yaşısan sən. Yadları doğmalaşdıran, qəhrəmanım, haqqın ödənməz sənin. Sən qanınla tarix yazdın. Canınla ödədin Vətənə borcunu. Qızından qopa bilməyənim, indi qızına həsrət qalmısan.
Söhbətimiz zamanı şəhidimizin bacısı deyir ki, "Bilal cəbhəyə getməmişdən bir gün əvvəl qızının yanında idi. Zəng vurduq ki, gəl evə görüşək. Dedi ki,: "bəlkə qızımı bir də görə bilmədim, qoy qızımla doyunca vaxt keçirim"
Hər kəlmə bacının gözlərindən süzülüb tökülürdü dodaqlarına. Hər sətirsə mənim ürəyimə daha bir sızıltı salırdı.
Sən nə gözəl qəlbin sahibisənmiş, şəhidim. Sən necə nümunəvi ata olmusan övladına. Tanrı sevdiyi bəndələrini dərgahına tez apararmış. Bəlkə də, o qədər sevimli bəndə oldun ki, Tanrı da səni zirvələrə layiq bildi.
Qənbərov Bilal Xanlar oğlu 1993-cü ilin sentyabrın 29-da Bakı şəhərində anadan olub. Bilala 1941-1945-ci illər Böyük Vətən müharibəsinin veteranı olan qəhrəman babasının adı qoyulub. Ailədə 4 uşaq olublar, 3 bacının tək qardaşı olub. O, mehriban, mərhəmətli, böyük-kiçik yerini bilən, şən və çox zarafatcıl biri olub.
Bilal 2000-ci ildə Səbail rayonu şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. O, əxlaqı, tərbiyəsi, mənəvi keyfiyyətləri ilə həm müəllim, həm də şagird kollektivinin sevgisini qazanıb. 2011-ci ildə orta məktəbi bitirib. Bilal ailəli olub ayrılıb və bu evlilikdən Nazlı adında sevimli bir qızı var. Onun ən böyük arzularından biri ali təhsil alıb yaxşı bir peşəyə sahib olmaq, son gününə qədər dilindən düşürmədiyi Nazlını hərtərəfli böyütmək idi. Boş vaxtlarını onunla keçirər, qızına qayğı göstərərdi. Cəbhədə olanda hər dəfə "Nazlıdan muğayat olun"- deyib sağollaşarmış.
2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də tərxis olunub. Bilal 2020-ci il sentyabrın 29-da öz doğum günündə İkinci Qarabağ uğrunda gedən döyüşlərə qoşulmaq üçün yola düşüb. Ailəsi qeyd edir ki, "bundan qabaqkı ad günlərini, yəni 25, 26 yaşlarını hərbi hissədə qeyd etdiyi üçün bu ad gününü başqa cür qeyd edəcəkdik. Hərbi Səfərbərliyə könüllü qoşulduğunu evdə deməmişdi, evə gələn zəng nəticəsində xəbərimiz olub ki, Bilal döyüş bölgəsindədir. Deyə- deyə, gülə- gülə getdi. O, qələbəyə çox inanırdı. Şuşaya bayraq sancmaq isə ən böyük arzusu idi." Qəhrəmanımız Hadrut, Cəbrayıl və Füzuli şəhərlərinin alınmasında mənfur düşmənə qarşı böyük fəxarətlə vuruşub. O, ailəsi ilə danışarkən hər dəfə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çıxışlarının onları necə ruhlandırdığını vurğulayıb. İgidimiz dəfələrlə ölümün kəndarından geri dönüb. Şəhidlik zirvəsinə isə 3 noyabrda məhz Şuşa uğrunda gedən döyüşlərdə yüksəlib və beləliklə, öz arzusuna çatıb.
5 noyabrda Bilalın ailəsinə şəhid olma xəbəri gəlib. Bütün ailə, Bilalı sevənlər, qonşular, dost-tanış bu xəbərdən sarsılıb. Hər kəs onun qələbə sevinci ilə geri dönəcəyinə inanırmış. Vətənin mərd oğlu Bilal Qənbərov 6 noyabr Badamdar qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycanıl Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Bilal Qənbərov "Vətən uğrunda" medalı ilə təltif olunub.
Bu gün Azərbaycan Bilal və onun kimi Vətən üçün canından keçən şəhidlərimizin və qazilərimizin igidliyinin bəhrəsini gördü. Onlar bir daha sübut etdilər ki, Qarabağ Azərbaycandır! Bizə zəfər dadını yaşadan və üçrəngli bayrağımızı Qarabağ səmalarında dalğalandıran oğullarımız ilə fəxr edir şəhidlərımızın ruhu qarşısında baş əyirik. Şəhidlər ölməz, Vətən bölünməz! Bilal, köklərinin bağlı olduğu Borçalı mahalının da fəxridir.
Ruhun şad olsun şəhidim!
Şəhid qardaşım Bilal
Hərdən sınıq könlümü alanda yoxdu, qardaş,
Səndən başqa qayğıma qalan da yoxdu, qardaş.
Elə yanır ürəyim, elə yanır inan ki...
Dərdlərimə bir məlhəm olan da yoxdu, qardaş.
Bir yol varmı yanına, gəlib biraz dincəlim,
Sənsiz tənha qalmışam, heç kəsə çatmır əlim.
Yoxluğun çox ağırdı, dözə bilmirəm, qardaş,
Cavan yaşda bükülüb, bu dərdin ilə belim.
Hər qızına baxanda görünürsən gözümə,
Sənin şəhid adınla təsəlliyəm özümə.
Dodağının gülüşü qəlbimizə dağ oldu,
İndi həsrət qalmışıq bircə kəlmə sözünə.
Esmira Günəş
"Unutmadıq şəhidim!" layihəsinin rəhbəri