20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
"Unutmadıq Şəhidim!"kitabı şəhid Rəşid Baxşəliyevin ailəsinə təhvil verilib.
Vetenim-Azərbaycandir.az
"Unutmadıq şəhidim!" kitabım nəşrdən gələndən sonra artıq yaxin-uzaq demədən yollara düşmüşdüm. Kitabda nəşr olunan şəhidlərinizin ailəsini ziyarət edir, həm kitabımı təhvil verirdim, həm də yeni materiallar götürüb həmin şəhidlərimiz haqqında qəzet və saytlar üçün yeni yazılar yazırdım. Bu dəfə də yolum Aprel şəhidimiz Rəşid Baxşəliyevin ailəsinə idi. Məni şəhidimizin qardaşı qarşılayıb, evlərinə ötürdü. Qapıda yolumu gözləyən Çimnaz ana elə ilk görüşdən məni qucaqlayıb bağrına basdı. Biz şəhidimizin xatirələrinə həsr olunan otağa keçdik. Otaq diqqətimi o qədər çəkdi ki, kitabı tamamilə unutdum. Şəhidimizin şəkillərinin divar bəzəyinə çəvrilmiş otaqda nəinki, şəhid Rəşid Baxşəliyevin eləcə də, bir çox şəhidlərimizin şəkli var idi. Çimnaz ana hamsının ad soyadlarına qədər gözəl bilir və hər birini mənə təqdim etdikcə yorulmadan ah çəkirdi. -Bala, gör necə oğullarımız vətənə qurban gedib?-deyən ananın dərdi bir deyil, min bir idi. O bir şəhidə, bir oğula deyil, bütün şəhidlərə ağlayır, bütün analar üçün fəryad edirdi. Güşənin bir tərəfindən asılan əşyalar diqqətimi çəkir. Həmin hissəyə yaxınlaşdığımı görən Çimnaz ana bağlamanı açıb mənə balaca bir Quran kitabına bərkidilmiş şirni göstərir və deyir: -Bunu Rəşidimə toyda vermişdilər. O qədər bəyənmişdi ki, demişdi, "ana, bunu saxla mənim toyumda da belə edərik şirnini". Mən saxlayıram bala, amma balama toy etmək mənə nəsib olmadı. Gözlərim dolur. Ananın ah-naləsi içimi parçalayır. Çimnaz ana isə taxtadan hazırlanmış, üzərində isə Rəşid yazılan süviniri göstərib, söhbətinə davam edir: - Bunu da maşınına asacaqdı. Hərbi xidmətdən sonra maşın alacaqdı. Qismət olmadı. Göz yaşları yanağına cığır salan ana ilə çay süfrəsinə keçirik. Kitabı çıxarıb anaya təqdim edirəm. Ana vərəqləməyə başlayır. Bir tərəfdən də heç kəsin dəstəyi olmadan bu qədər əziyyətimin dövlətimiz tərəfindən biganəliyinə heyfsləndiyini də dilinə gətirir. Birlikdə şəkillər çəkdirib, bir az da şirin söhbətdən sonra elə Çimnaz xanımla birlikdə evdən çıxırıq. Yol kənarında şəhidimizin plokatını görürəm. Ana bildirir ki, plokatın ətrafında yaşıllığı özü salıb. Daha bir şəhidimizin adını qürurla çəkib, qarşısında baş əyirik. Şəhid Rəşid Baxşəliyev Əliağa oğlu 1996-cı il 23 dekabrda Sumqayıt şəhərində anadan olub. Ailəsi ilə birlikdə Buzovnaya köçərək təhsilinə orada 26 nömrəli məktəbdə başlayıb. Təhsil illərində həm də Asəf Zeynallı adına musiqi məktəbinin filialında musiqi təhsili alıb. 8 illik məktəbi Buzovnada oxusa da daha sonra Masazırda Əliağa Vahid adına 2 nömrəli tam orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Ceyranbatanda peşə məktəbində oxuyub. Eyni zamanda 2 məktəb oxumasına baxmayaraq ailəsinə kömək edə bilmək üçün Bakı energetika sahəsində də işə başlayıb. Hərbi xidmətə yollanarkən anasına qayıdıb maşın alacağını bildirən qəhrəmanımız martın 31-i evlərinə zəng vurub təxris olunduğunu deyir. Laki evlərinə qayıtmaq ona nəsib olmur. Aprelin 2-si düşmən gülləsinə tuş gələn igidimiz həyatla vidalaşıb canını Vətəninə qurban verir. Aprelin 12-si şəhid Rəşid Baxşəliyev Sumqayıt şəhər Şəhidlər Xiyabanında son mənzilə yola salınır. Qanı ilə tarix yazan şəhidimiz adını əbədi ürəklərə yazır. Ruhun şad olsun, şəhidim!