20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Esmira Günəşin "Unutmadıq Şəhidim!" Kitabı Şəmkirin Seydlər kəndinin şəhidi Xanoğlan Xəlilovun ailəsinə təqdim olunub
Xəlilov Xanoğlan İntizam oğlu 20 noyabr 1997-ci ildə Şəmkir tayonunun Seydlər kəndində anadan olub. İsmayıl Tağıyev adına tam orta məktəbi bitirib. Ailənin son beşiyi olan Xanoğlanın ən böyük arzusu Bakıda ev ala bilmək üçün hərbi xidmətini bitirdikdən sonra xaricdə işləmək olub. Bacısı Pərvanə xanımmüsahibə zamanı bildirib ki, "Xanoğlan anama deyərdi ki, "gedib xaricdə işləyib, Bakıdan ev alacam. Qoymayacam bir də çətinlik çəkəsiz." Axı hardan biləydi ki, ailəsinə elə ən böyük çətinliyi Xanoğlan yoxluğuyla yaşadacaq. Həmin vaxtlar anası Səmaya xanım gecə yuxusunu qatmışdı. Səhər balasının zənginə sevində də, rahatlıq tapa bilmirdi. Sanki o da hiss edirdi, balasi ilə son dəfə danışır. Səsini son dəfə eşidir. Evdəkilərin halını soruşan Xanoğlan sevdiyi qızı da anasından soruşmağı unutmur. Nə xəyallar qurur hərbi hissədə. Sağ-salamat qayıdacaqdı. Sevdiyinin barmağına nişan üzüyü taxıb illərin həsrətinə son qoyacaqdı. Lakin elə həmin gün ailəsi ilə danışdıqdan sonra 22 fevral 2017-ci ildə günorta saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olur Xanoğlan. Fevralın 23-ü şəhidimiz Şəmkir rayonunun Seyidlər kəndində xalqın böyük izdihamı ilə son mənzilə yola salınır. Çıxdığı yol şərəfli olsa da, Xanoğlan sevdiyi qızın gözlərini yolda, anasının ürəyini darda qoyur. Şəhidimiz haqqında bacısı Pərvanə xanımdan götürdüyüm müsabiqəni bir neçə saytda paylaşmaqla yanaşı, həmçinin " Unutmadıq Şəhidim!" kitabıma da saldım. Lakin yol uzaq olduğundan və bəzi maddi problemlər ucbatından şəhidimizin ailəsini şəxsən ziyarət edib kitabı verə bilmirdim. Bir gün Pərvanə xanım mənimlə əlaqə saxlayıb Bakıya gələcəyini xəbər verdi. Mən onu evimizə dəvət etdim və biz zəngləşib görüşdük. Kitabı bağrına basan həssas bacı elə həmin an anasına zəng vurub əmanəti götürdüyünü xəbər verdi. Mənimlə danışan şəhidimizin anası sözünün əvvəlində də, sonunda da dualar edir, "mənim balamı yaşadırsız, Allah sizdən razı olsun."-deyirdi. Söhbətimiz zamanı Pərvanə xanım kövrələrək Xanoğlanı xatırlayır və deyir: -Esmira xanım, böyük qardaşımın uşağı olacaqdı. Xanoğlan xidmətdə olanda qardaşımın oğlu oldu. Təsadüfən həmin vaxt Xanoğlan zəng vurmuşdu və həyəcanla uşağın adını soruşdu anamdan. Anam da zarafatla dedi ki, "adını Xanoğlan qoymuşuq." Elə bil Allah dedizdirmişdi o adı anama. Əslində heç birimizin ağlına da gəlməzdi ki, anamın zarafatı gerçək olar. Xanoğlan nə qədər soruşsa da, "uşağın adın Xanoğlan qoymuşuq"- deyib, durdu anam. Qardaşım şəhid olandan sonra uşağın adını hər kəs Xanoğlan çağırdı evdə. Elə sənədlərə də Xanoğlan yazıldı. Elə bilirik ki, Xanoğlan kopya qardaşımdı. Danışığı, yerişi, duruşu, bütün xarakteri ilə qardaşımın eynisidir elə bil. Balaca Xanoğlanımız bizim təsəllimizdir. Biz ondan qardaşımın ətrini alırıq. Pərvanə xanımın hər kəlməsi ilə üzünü görmədiyim qəhrəman şəhidimizə olan sevgim daha da böyüyürdü. Pərvanə xanım kitabı götürüb yola düşdü. Bir neçə gün sonra əmanətimi şəhidimizin məzarına aparıb fotoşəkillərini mənə göndərərək bir daha təşəkkür etdi. Şəkillərin arasında bir şəkil isə məni çox duyğulandırdı. Balaca Xanoğlan şəhid əmisi haqqında yazdığım kitabı bərk-bərk sinəsinə basmışdı. Gedib şəhid olan qardaş Vətən eşqi ürəyinə Hava kimi dolan, qardaş. Düşmən üstə hücum çəkib Gedib şəhid olan, qardaş. Çox axıtdı yaşlarını Yaman döydü qıçlarını. Bacın oldu saçlarını Qəbrin üstə yolan, qardaş. Qardaş deyib ağlayımmı? Ürəyimi dağlayımmı? Yasını tək saxlayımmı, Torpaq altda solan, qardaş? Dərdim-qəmim çox böyükdü, Sənsizliyin ağır yükdü. Qəbrin üstə belin bükdü. Aç gözünü, oyan qardaş. Təsəlli ol ürəyimə, Qardaş, dur gəl, köməyimə. Son qoymusan diləyimə, Ay səsimi duyan, qardaş, Daha bəsdir oyan, qardaş.
Vetenım-Azərbaycandir.az