Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub
31-10-2021, 03:17 362 dəfə baxılıb

Bu gün Dövlət Gömrük Komitəsində dördüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.

DGK-dən "Vətənim-Azərbaycandır.az"a verilən məlumata görə, mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Komitənin aidiyyəti qurumlarının rəhbərləri iştirak ediblər.
Səfər Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti çərçivəsində gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, onların dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində təmsil olunmaları, müasir dövrün tələblərinə uyğun şəkildə təhsil almaları daim diqqət mərkəzində saxlanılıb.
Bildirilib ki, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti respublikamızda gəncliyin inkişafına, dövlət quruculuğunda və idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində təmsil olunmasına münbit şərait yaradıb.
Səfər Mehdiyev diqqətə çatdırıb ki, bu gün ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı da bu siyasətin bariz nümunəsidir. 
Diqqət çatdırılıb ki, gömrük orqanlarında aparılan islahatlar çərçivəsində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət göstərilir və son 4 ildə şəxsi heyətin 40 faizə qədəri gənc nəslin nümayəndələrindən formalarşdırılıb. Komitə sədri dördüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin fəaliyyətini də yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin sədri tərəfindən dördüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, dördüncü könüllü gömrükçü dəstəsində 203 nəfər təmsil olunub, ümumilikdə isə indiyə qədər Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsində fəaliyyət göstərən 600-ə qədər gənc sertifikat alıb.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI