Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

NƏ VAXTA QƏDƏR ŞANTAJ VƏ İYRƏNCLİKLƏ İNSANLARIN TALEYİ İLƏ OYNANILACAQ.

NƏ  VAXTA QƏDƏR  ŞANTAJ  VƏ İYRƏNCLİKLƏ  İNSANLARIN TALEYİ  İLƏ   OYNANILACAQ.
19-10-2021, 23:36 1 393 dəfə baxılıb

Son zamanlar sosial şəbəkələrdə əsasən bəzi məmurların,dövlət strukturunda işləyən şəxslərin kimlərsə tərəfindən şantaj məqsədi ilə çəkilmiş intim videoların paylaşması geniş vüsət almışdır.Həmin şəxslər kimlərsə tərəfindən dəstəklənir və vəzifəli şəxsləri şantaj edərək küllü miqdarda vəsait tələb edirlər və tələb yerinə yetməyəndə sosial şəbəkələrdə yerləşdirirlər  və bu tip videolara yerli sturukturların kəskin reaksiyasını görüb dahada azğınlaşırlar.Belə ki yerli strukturlarda bu cür videolara münasibət birmənalıdır. Yəni həmin şəxs dərhal tutduğu vəzifədən və həmin strukturdan azad olunmalıdır.  Bununlada həmin məsələyə görə görülmüş tədbir bitmiş hesab olunur . Buda öz növbəsində həmin şəxslərin hüquqlarının pozulmasına  gətirib çıxarır. Heç bir halda həmin şəxslərin strukturda fəaliyyəti,peşəkarlığı nəzərə alınmır. Ancaq bu cür video görüntüləri yayan şəxslər kənarda qalır və öz çirkin əməllərini davam etdirirlər. Yəqin ki hüquq mühafizə orqanları bu şəxslərin aşkarlanması və məsuliyyətə cəlb olunması ilə bağlı işlərlə məşğul olur. Lakin bu gün görsənən tərəf odur ki, şantaja uğramış şəxslər işlərində olur, onların sosial durumu, ailə vəziyyəti heç kimi maraqlandırmır. Düzdü həmin qeyri etik hərəkətlər pislənməli ,müzakirə olunmalı , ona uyğun olaraq ictimai qınaq , intizam tənbehi tətbiq olunmalıdı. Azərbaycan sivil bir ölkədir və onun vətəndaşlarının hüquqlarıda həmin qaydada qorunmalıdır. Amma görünən budur ki,idarəçilik prinsipini bilməyən  bəzi müəssisə rəhbərləri profesional insanlarin iş etikasını deyil şantaj sayəsində qeyri etik davranışlarını üstün tutub işdən uzaqlaşdiraraq asan yolu seçir. Bu da öz növbəsində həmin şəxslərin hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarır. Bütün bunlar sonradan məhkəmə predmətinə gətirib çıxarır . Ona görədə bu cür yanaşmaların olmaması üçün bütün bunlar dövlət tərəfindən tənzimlənməli və nəzarətə götürülməlidir. Bu cür qeyri etik videoların yayılmasına icazə verən saytlarada nəzarət gücləndirilməlidir.
Gəncə şəhər İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması mərkəzinin Sədri Hacıyeva Sitarə İsrafil qızı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI