21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Diqqətlər Soçidə: Ya böyük savaş, ya da böyük barış!
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bağlı qapılar arxasında üz-üzə, göz-gözə keçiriləcək növbəti görüşün tarixi və yeri açıqlanıb – 29 sentyabr, Soçi şəhəri.Bu, Cənubi Qafqazda yeni geopolitik reallıqlar yaradan 44 günlük Qarabağ savaşının bitməsindən sonra Ərdoğan və Putinin – bölgədə yürüdülən yeni siyasətin və gələcək nizamın əsas memarları sayılan iki prezidentin ilk birbaşa canlı təması, görüşüdür.
İranın əsas narahatlığı odur ki, Rusiya ilə Türkiyə arasında qurulan əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilərək, onun və Çinin əleyhinə qurulmuş yeni böyük bir ittifaqa çevrilə bilər.Bunun üçün real zəmin də var – koronavirusla dağıdılan köhnə düzən artıq ABŞ və Çin arasında rəqabətin artması, iqtisadi əlaqələrin ön plana çıxarılması və bu məqsədlə yeni ittifaqların qurulması ilə müşahidə edilir.
İranın nüvə iddialarının önünü kəsmək üçünsə onunla danışıqları zərur sayan Kissincer, rəsmi Tehran anlaşmadan qaçacağı halda, ABŞ-ın şiə İranın bütün sərhədləri boyu sünni ittifaqının quruluması işini dəstəkləyəcəyinə və Türkiyə, Misir, Səudiyyə Ərəbistanı kimi ökələrin də nüvə silahı əldə edə biləcəyinə eyham vurur…Hazırda Əfqanıstanda “Taliban”ın hakimiyyətə gətirilməsi ilə sünniliyin hənəfi məzhəbinə mənsub radikal islamçıların Çin-Rusiya-İran üçbucağında həvəsləndirilməsi və Rusiya ilə İran arasında yeganə quru əlaqəni təmin edən körpüdə – Azərbaycanda da eyni məzhəbli Türkiyə və Pakistanın təsirinin xüsusilə artması Rusiya ilə yanaşı, İranı da bərk təşvişə salmaqla, onlara zəif yerlərini xatırladıb. Rusiya radikal islamın Şimali Qafqazda və Orta Asiyada, sonra da onun öz içərisində artacağından çox narahatdır. Uzun illər Ermənistana verdiyi dəstək səbəbindən və xüsusən də 44 günlük Qarabağ savaşında Azərbaycanda böyük nüfuz itkisiylə üzləşən İran isə onun özünün yaratdığı bu boşluğu Türkiyə və Pakistanın tutduğunu, bunun isə gələcəkdə şiə məzhəbli Azərbaycanda sünniliyin sürətlə yayılmasına rəvac verəcəyini yaxşı anlayır.
Çox güman ki, Ərdoğan-Putin görüşü 44 günlük Qarabağ savaşının nəticəsi olaraq ortaya çıxmış “Altılıq” formatının da taleyinə birdəfəlik aydınlıq gətirəcək. Ona görə də bu görüşə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin aqibətini yox, həm də ABŞ-la nüvə danışıqlarını bərpa etməyə və üzərindəki ağır sanksiyaları götürməyə çalışan İranla davranışların gələcəyini müəyyənləşdirəcək tarixi bir görüş kimi baxmaq gərəkdir.Xatırladaq ki, İranın yeni prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı “Nüvə silahının Tehranın müdafiə doktrinasında yeri yoxdur” bəyanatını verərək, ölkəsinin nüvə danışıqlarının bərpasına hazır olduğunun mesajını verib, regionda yeni bir dönəmin başladığını vurğulayıb.