17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Yunanıstanda qapalı qaçqın düşərgəsi yaradıldı
Yunanıstanın Samos adasında üç min nəfərə qədər tutumu olan yeni qapalı qaçqın düşərgəsi fəaliyyətə başlayıb.
Vetenim-azerbaycandır.az "Qafqazinfo” istinadən xəbər verir ki, düşərgə tikanlı məftillərlə əhatə olunub və digər yaşayış məntəqələrindən beş kilometr aralıda yerləşir.
Yardım təşkilatları Avropa İttifaqının vəsaiti hesabına inşa edilən obyekti tənqid ediblər.
Düşərgənin açılışında danışan Yunanıstanın Miqrasiya və Sığınacaq naziri Notis Mitarakis bildirib ki, vətəndaşlara vəd etdiyi kimi hökumət miqrasiya məsələsinə diqqətlə yanaşır.
N.Mitarakisin sözlərinə görə, yeni düşərgədə sakinlər təhlükəsiz şəraitdə yaşayacaqlar. Nazir Yunanıstanın artıq Aİ-yə qanunsuz miqrasiya üçün qapı olmadığını bir daha vurğulayıb.
O qeyd edib ki, iki il əvvəl Samosa 10 min 500 nəfər miqrant gəlibsə, bu il bunların sayı yalnız 111 nəfərdir. Yunan mətbuatının yazdığına görə, yeni düşərgə sakinlərinə hər gün 8-20 saat arasında düşərgədən çıxmalarına icazə veriləcək.
Bu qayda sığınacaq müraciətləri rədd edilmiş və Aİ ilə Ankara arasındakı razılaşmaya görə yenidən Türkiyəyə göndərilməli olanlara şamil edilmir.
“Sərhədsiz həkimlər” humanitar təşkilatı yeni düşərgəni tənqid edib və bəyanat yayıb. "Hərbi tikanlı məftillərlə əhatə olunmuş və müşahidə sistemləri ilə təchiz edilmiş bir obyektin inşasına milyonlarla avro xərclənib. Bütün bunlar yeganə cinayəti kömək və sabitlik axtarmaq olan adamları tutmaq üçündür. Biz yalnız xəstələrin bu düşərgədə sağ qalması ilə yardım elə bilərik”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Samos adası çıxış nəzarəti olan qapalı düşərgəyə sahib ilk yunan adasıdır. Digər oxşar obyektlərin Lesbos və Xios adalarında da inşa edilməsi gözlənilir.