01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Zakir Fərəcov Rafael Ağayevi təbrik etdi – FOTO
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tanınmış idmançımız Rafael Ağayevi təbrik edib.
Zakir Fərəcov karateçi Rafael Ağayevi “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalını qazanması münasibəti ilə təbrik edib, idmançımıza gələcək fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri idmançımıza xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, ölkəmizə “Tokio-2020” Yay Olimpiya Oyunlarında gümüş medal qazandıran Rafael Ağayev 75 kiloqram çəki dərəcəsində yarışların finalında italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzaraq Olimpiadada Azərbaycan milli komandasının aktivinə gümüş medalı yazdırıb.
R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub.
O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb.