17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Türkiyə İsveçrəyə nota verdi
İsveçrənin Ankaradakı müvəqqəti işlər vəkili Cenevrədə PKK/YPG terror təşkilatının strukturuna daxil olan nümayəndəliyin açılmasına görə Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
“Şimali və Şərqi Suriya Muxtar İdarəçilik Nümayəndəliyi” adlı qondarma təmsilçiliyin açılması ilə bağlı müvəqqəti işlər vəkilinə nota təqdim edilib və məsələ ilə bağlı izahat istənilib:
“Bu məsələdə İsveçrə dairələri nəzdində əvvəllər də cəhdlər olduğu xatırladılaraq, bu qanlı terror təşkilatının və qruplaşmaların dərnək, ya da qeyri-hökumət təşkilatı kimi adlar altında təşviqat və legitimlik qazanmaq cəhdlərinə heç bir şəkildə icazə verilməməsi və terror təşviqatına dərhal son verilməsinin zəruriliyi vurğulanıb”.
Nazirlikdən bildirilib ki, terrorla mübarizədə terror təşkilatları arasında ayrı-seçkilik edilməməlidir:
“Özlərini hədəf almır deyə terror təşkilatlarına qucaq açanlara bu bəlanın bir gün onları da vura biləcəyini xatırladırıq. Ölkəmiz Aİ tərəfindən də terror təşkilatı olaraq qəbul edilən PKK və əlaqədar qruplarla mübarizəsini hər yerdə qətiyyətlə davam etdirəcək”.