17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.
Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.
İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.