Son illər Azərbaycanda yüksək ranqlı vəzifələrə kadır islahatları aparılıb. Ölkəmizdə demək olar ki, nazirlərin əksəriyyəti dəyişdirilib.
Ölkə.az qaynarinfo-ya istinadən xəbər verir ki, 2013-cü ildən bu yana təyin olunan nazirlik, komitə və agetlik rəhbərlərinin övladları ilə bağlı araşdırma edib. Məlum olub ki, ölkəmizdə yeni təyin olunan nazirlik, komitə, agentlik rəhbərlərinin ən çox 4 övladı var. Baş nazir Əli Əsədov - Ailəlidir, iki övladı var. Müdafiə naziri Zakir Həsənov - Ailəlidir. Üç övladı var. Müdafiə Sənayesi naziri Mədət Quliyev - 4 uşağı var. Murad və Qəzənfər adında iki oğlu, Xədicə və Umayra adında iki qızı var. Daxili İşlər naziri Vilayət Eyvazov - Ailəlidir, üç övladı var. İqtisadiyyat naziri Mikayıl Cabbarov - Evlidir, 2 övladı var. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov - Evlidir, 2 övladı var. Təhsil naziri Emin Əmrullayev - Ailəlidir, 2 övladı var. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Ailəlidir, 2 övladı var. 21 aprel 2018-ci ildə nazir vəzifəsinə gələndə bir övladı var idi. Səhiyyə Naziri vəzifəsini əvəz edən Teymur Musayev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat əldə edə bilmədik. Kənd Təsərrüfatı Naziri İnam Kərimov - Evlidir, iki övladı var. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev - Ailəlidir, 2 övladı var. Energetka Naziri Pərviz Şahbazov - Ailəlidir. İki övladı var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev- Ailəlidir, övladı yoxdur. Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev - Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli - Ailəlidir, 3 övladı var. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev - Ailəlidir, 2 övladı var. Bakı Metropoliteyninin sədri Zaur Hüseynov - Ailəlidir, bir oğlu və bir qızı var. Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev - Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov - Evlidir, iki övladı var. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov - Evlidir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova - Ailəlidir, bir qızı var. Bizim Twitter səhifəmizə abunə olun Digər xəbərlər
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO
680 bal toplayan abituriyent: “Hər saat dərs oxumağa ehtiyac yoxdur” - VİDEO
Övladını küçəyə atan ana “Baku TV”yə danışdı – VİDEO
Saatlı sakinindən “patı” götürülüb